Bakının mərkəzi küçəsində qanunsuzluq: Səki zəbt olunub, baryerlər çıxarılıb - FOTO/VİDEO
Bakının mərkəzində, Mirzəağa Əliyev küçəsində yerləşən restoranın qarşısı avtomobillər tərəfindən zəbt olunub.
Oxu.Az-ın məlumatına görə, mərkəzi küçədə dayanma-durmanı qadağan edən nişanın olmasına baxmayaraq, həmin ərazidəki səkidən parklanma yeri kimi istifadə olunur. Buradakı qiyməti isə ərazidəki "parkovşik" təyin edib - 2 manat.
Bundan əlavə, avtomobillərin səkiyə rahat giriş-çıxışını təmin etmək üçün velosiped zolağını avtomobil yolundan ayıran baryerlər də sökülüb.
Qeyd edək ki, sözügedən ərazidə həm yeraltı, həm yerüstü dayanacaq yerləri mövcuddur.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarənin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, sözügedən ərazidə yol hərəkəti qaydalarını pozan sürücülər barəsində DYP əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.
"Təəssüflə qeyd etməliyik ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi sürücülər avtomobillərini səkidə saxlayaraq piyadaların rahat və təhlükəsiz hərəkətinə mane olurlar. Sürücülərdən xahişimiz və tələbimiz ondan ibarətdir ki, qaydalara biganə yanaşmasınlar və piyadaların həyat və sağlamlığını təhlükə altına atmasınlar", - deyə T.Nəsirli vurğulayıb.
Video və fotoları təqdim edirik:







Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1051 Tarix: 17 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA
Avqustun 15-dən etibarən "Bakı Metropoliteni"nin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra bir sıra stansiyalara gediş məhdudlaşdırılıb. İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bəzi metro stansiyalarında tətbiq edilən məhdudiyyətlə
13 sentyabrSabahdan Bakı metrosunda intervallar azaldılır
"Bakı Metropoliteni" QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir. bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, Qırmızı xətt üzrə sentyabrın 15-dən etibarən "İçərişəhər-Əhmədli" mənzilində pi
14 sentyabrBakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni layihənin icrasına başlanacaq. Bu barədə -a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, metro stansiyalarında platformalarda mühafiz
13 sentyabrBu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Əmək müqaviləsi il
13 sentyabrUşağın ayağı evdə velosipeddə qaldı - FHN-i çağırdılar - Video
Sumqayıtda azyaşlının ayağı velosipedin pedalı ilə ramasının arasında sıxılıb qalıb. "Qafqazinfo"nun məlumatına görə, yaxınları uşağın ayağını çıxara bilmədikləri üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə müraciət ediblər. Nazirliyin Sumqayıt Regional Mərkəzini
14 sentyabrOktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, oktyabr ayında qeyri-iş günü nəzərdə tutulmayıb. -ın məlumatına görə, beşgünlük iş həftəsi üzrə ay ərzində 22 tam iş günü olacaq. Bu isə ümumilikdə 176 saat iş vaxtı deməkdir. Bu səbəbdən çalışan əhali oktyabr ayında yalnız həftəsonlar
13 sentyabr"Endirimə qoyulan məhsulların istifadə müddəti bitib" - "Adore"dan şikayət
Nərmin adlı müştəri "Adore" mağazasında vaxtı keçmiş məhsulların satıldığını iddia edib. Axşam.az xəbər verir ki, Nərmin mağazadan 50 faiz endirimlə bir neçə məhsul aldığını, evdə isə onların istifadə müddətinin keçdiyini gördüyünü deyib. Onun sözlərinə görə, məhsullardan istifadə etdikdə
14 sentyabr