Bələdiyyələr öz işini GÖRƏ BİLMİR: Niyə LƏĞV OLUNMUR?

Bələdiyyələr öz işini GÖRƏ BİLMİR: Niyə LƏĞV OLUNMUR?Bu gün Azərbaycanda bələdiyyələr ilə bağlı vətəndaşlar tərəfindən ciddi narazılıqlar var. Belə yerli özünüidarəetmə orqanı kimi özünü doğrultmadı. Rayon bələdiyyələri hətta vətəndaşların problemlərini belə həll etmir yaxud maraqlanmır. Bu yaxınlarda bələdiyyələrin sayının endirilməsi ilə bağlı xəbərlər yayıldı. Digər tərəfdən isə Azərbaycanda bələdiyyələrin ləğv edilməsi hələ də gündəmdə olaraq qalır. Çünki bu qurum tam olaraq özünü doğrultmadı və icra hakimiyyətlərinin sözlərinə əməl edən bir quruma çevrildi. Bu baxımdan bələdiyyə islahatları və strukturunun dəyişdirilməsi uzunmüddətdir gündəmdədir. Amma burada məsələ təkcə bələdiyyələrin ləğv edilməsindən yaxud artan şikayətlərdən getmir. Bələdiyyələr ilə bağlı daha böyük problemlər var.

İlk olaraq, bələdiyyələrin verdiyi sənədlərin tanınmamasıdır. Azərbaycan Respublikasının Konstitusiyasına görə, üç mülkiyyət növündən biri dövlət və özəl mülkiyyət ilə yanaşı, həm də bələdiyyə mülkiyyətidir. Ancaq Azərbaycanda bələdiyyənin verdiyi çıxarışlar demək olar ki, heç yerdə qəbul edilmir. Bələdiyyə mülkiyyətini heç rəsmi dövlət orqanlarının özləri qəbul etmir. Bələdiyyə sənədləri ilə bağlı fərqli torpaq zəbtləri iddiaları var. Bələdiyyə torpaqlarının onlara aid olmaması faktları belə mövcuddur. Bələdiyyələr hətta vətəndaşa satdığı torpaqlara sənəd verə bilmirlər. Bunlar gələcəkdə vətəndaşlar arasında problemlərə səbəb olur.

Bu gün Azərbaycanda 500 mindən artıq sənədsiz var. Bunun başlıca səbəbi isə həmin evlərin bələdiyyə torpaqlarında tikilməsidir. Bələdiyyə öz üzərinə düşən işi görmür. Kənd bələdiyyələrində bu qurumlar ilə bağlı kifayət qədər problemlər var. Söhbət burada Bakı rayon bələdiyyələrindən getmir. Ölkənin rayon və kəndlərində bələdiyyələr su problemini həll etmir. Vətəndaş bələdiyyəyə müraciət edir ki, su problemi həll edilsin. Amma bu qurum nəinki problemi həll etmək, hətta vətəndaşa cavab verməyi belə özlərinə çox görürlər. Şəhərdəki köhnə tikililərdə, istismar müddətini bitirmiş yaşayış binalarında hələdə "jek" deyilən qurumlar var. Yeni tikililərdə isə komendant deyilən idarəetmə forması təşəkkül tapıb. Ancaq bunları bələdiyyə idarə etməlidir.

Hələ bu azmış kimi bəzi yerlərdə həm bələdiyyə, həm də "jek" qalıb. Hər ikisi isə vergi yığmağa çalışır. Qurumun fəaliyyətini dərindən araşdırsaq, bu cür problemlər çoxdur. Bələdiyyələrdə mütləq yenidənqurma işləri görülməlidir. Burada bələdiyyənin tamamilə ləğvindən söhbət getmir. Artıq bir sıra ekspertlər təklif edir ki, Azərbaycanda icra hakimiyyətləri ləğv olunsun, yerinə prezidentin xüsusi nümayəndəlikləri yaradılsın. Eyni zamanda bələdiyyələr prezidentin xüsusi nümayəndəliklərinin tabeliyinə verilə bilər. Yəni ləğv edilərək onun strukturuna birləşdirilə bilər. Digər tərəfdən bələdiyyələrə daha çox səlahiyyət verilib Türkiyə modeli kimi, öz büdcəsi və seçkiləri olan instituta çevrilə bilər.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5269   Tarix: 17 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr