Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda həbs olundu
Almaniyada mühacirətdə olan, Azərbaycan tərəfindən axtarışa verilmiş Mehdi Xəlilbəyli Bakıda həbs olunub.
Sonxeber.az BAKU.WS apa-ya istinadən xəbər verir ki, Mehdi Xəlilbəyli bir qədər əvvəl Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.
M.Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə - 220-ci (kütləvi iğtişaş), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.
Bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən kimi tanınıb.
M.Xəlilbəylinin vəkili Hafiz Ələsgərov bildirib ki, müdafiə etdiyi şəxs istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib.
M.Xəlilbəyli Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü qeyd edib.
Qeyd edək ki, Mehdi Xəlilbəyli Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü kimi Almaniyada mühacir alverində də ittiham olunub. 2019-cu ilin noyabr ayında Almaniya polisi siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlıları saxlayıb.
Saxlanılanlar arasında Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də olub. Bununla bağlı məhkəmə prosesi keçirilib. M.Xəlilbəyli 2020-ci ilin yanvar ayında azadlığa buraxılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1351 Tarix: 17 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəyin atası da idarə rəisi işləyib - Foto
Bakıda sentyabrın 12-də dəbdəbəli toyu baş tutan bəyin kimliyi məlum olub. yurd.media-ya istanadən xəbər verir ki, Sitarə adlı xanımla evlənən Nicat Qurbanov Dövlət Gömrük Komitəsinin (DGK) sabiq idarə rəisi Nüsrət Qurbanovun oğludur. DGK İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışmı
14 sentyabr"Endirimə qoyulan məhsulların istifadə müddəti bitib" - "Adore"dan şikayət
Nərmin adlı müştəri "Adore" mağazasında vaxtı keçmiş məhsulların satıldığını iddia edib. Axşam.az xəbər verir ki, Nərmin mağazadan 50 faiz endirimlə bir neçə məhsul aldığını, evdə isə onların istifadə müddətinin keçdiyini gördüyünü deyib. Onun sözlərinə görə, məhsullardan istifadə etdikdə
14 sentyabr40-dan yuxarı şagirdi olan siniflərin sayı açıqlandı
"Bizim ölkəmizdə 80 00 sinfimiz var. Bu siniflərdə 40-dan yuxarı şagirdi olan siniflərin sayı cəmi 600-dür". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu da ümumi siniflərin 1%-n
14 sentyabrBakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni layihənin icrasına başlanacaq. Bu barədə -a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, metro stansiyalarında platformalarda mühafiz
13 sentyabr"Hazırda üçillik bakalavr məsələsi müzakirə olunur" - Emin Əmrullayev
"Hazırda gündəmdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur. Strategiyada bu nəzərdə tutulub, yazılıb, ama yaxın aylarda belə bir keçid nəzərdə tutulmayıb". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransınd
14 sentyabrUşağın ayağı evdə velosipeddə qaldı - FHN-i çağırdılar - Video
Sumqayıtda azyaşlının ayağı velosipedin pedalı ilə ramasının arasında sıxılıb qalıb. "Qafqazinfo"nun məlumatına görə, yaxınları uşağın ayağını çıxara bilmədikləri üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə müraciət ediblər. Nazirliyin Sumqayıt Regional Mərkəzini
14 sentyabr