"Rəisidən sonra İranın növbəti prezidenti kim olacaq?"

"Rəisidən sonra İranın növbəti prezidenti kim olacaq?""Ayətüllah Xameneinin oğlunun İranın Ali Dini Rəhbəri olmaq şansları azdır..."

Ali Dini Liderlə prezident arasında fərq nədən ibarətdir?..

Rəisinin ölümü İrana və bütövlükdə regiona necə təsir göstərəcək?..

İbrahim Rəisinin həlak olması Yaxın Şərqin ən nüfuzlu ölkələrindən birinin taleyinin necə olacağı barədə məsələni qaldırır.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilmiş məqalə müəlifi yazıb.

Onun fikrincə, İranın siyasəti çətin ki, dəyişsin. Aktual problem ayətüllah Xameninin varisinin kim olacağıdır. Çünki Ali Dini Liderin məhz Rəisinin olacağı deyilib.

İran prezidenti İbrahim Rəisinin helikopter qəzası nəticəsində həlak olması dərhal hökumət rəhbərliyində onun varisinin kim olacağı məsələsini qaldırır.

Gözlənilirdi ki, Rəisi İslam Respublikasının 85 yaşlı Ali Dini Liderini əvəz edəcək. İndi onun ölümü Yaxın Şərqin ən nüfuzlu ölkələrindən birinin gələcəyi üçün təsiri olacaq.

Ali Dini Liderlə prezident arasında fərq nədən ibarətdir?

Ali Lider şiyə İslam teologiyasında İranın ali rəhbəridir və ölkənin bütün əsas qərarlarının qəbul edilməsinə cavabdehdir.

Ali Dini Lider vəzifəsi 1979-cu ilin İslam inqilabından sonra yaradılıb və həmçinin dövlət başçısı və Ali Baş Komandandır.

Bu posta istisnasız olaraq kişilər iddia edə bilər. İranda qüvvədə olan qanuna görə, bu vəzifə ayətüllah ranqında olan ən yüksək vəzifəli ilahiyyatçı tuta bilər, hərçənd, Xamenei ilə bağlı bu məqam mühahisəlidir.

İran prezidenti isə icra hakimiyyətinin başçısıdır və dörd ildən bir son dərəcə dəqiq proses nəticəsində seçilir. Prezident hökumətə nəzarət edir, öz siyasi mənşəyi və gücündən asılı olaraq dövlət siyasətinə və iqtisadiyyata ciddi şəkildə təsir göstərə bilər.

İndi nə baş verəcək? İranın Konstitusiyasına görə, prezidentin ölümündən sonra ölkə rəhbərliyini müvəqqəti olaraq vitse-prezident öz üzərinə götürür.

50 gün ərzində o, məhkəmə hakimiyyətinin rəhbəri və parlamentin spikeri ilə birgə yeni prezident seçkilərini təşkil etməlidir.

Müvəqqəti lider, görünür, İran İnqilabı Keçikçiləri Korpusunun sabiq zabiti, İslam Respublikasının aktivlərinə nəzarət edən fondun sabiq rəhbəri Məhəmməd Mohbər olacaq.

Görünür, ictimaiyyətin narahatlığına son qoymaq üçün Xamenei hələ Rəisinin həlak olması rəsmən təsdiqlənmədiyi zaman bu barədə danışıb.

Rəisinin ölümü İrana və bütövlükdə regiona necə təsir göstərəcək?

Rəisinin ölümü, məsələn, Xameneinin varisi kimi bir sıra problemləri üzə çıxarıb. Hazırkı Ali Lider yaşlaşıb və bu məsələ alimləri, məmurları və analitikləri narahat etməyə bilməz.

Prezidentin ölümünün həmçinin İranın Yaxın Şərqin digər dövlətlərlə münasibətləri üçün nəticələri ola bilər. İslam Respublikası bəzi oyuncaq qruplaşmalara dəstək verir, onlardan ən güclüləri İsrailə qarşıdır.

İran İnqilabı Keşikçiləri Korpusu Tehranın düşmənlərinin bu məqamdan istifadə etməməyini izləyəcək.

Rəisi həmçinin İranın Fars körfəzi ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin yaxşılaşması ilə məşğul olub, amma yeni liderin prioritetləri başqa ola bilər, hərçənd, Tehranın siyasəti, böyük ehtimalla, dəyişməyəcək.

Ali Dini Lider postuna növbədə olan kimdir?

Mürəkkəb və qeyri-şəffaf quruluşa malik olan İranda Xameneinin varisi məsələsi aşıq şəkildə müzakirə edilmir. Lakin siyasi isteblişmentə yaxın analitik, məmur və alimlər əsas varislər kimi İbrahim Rəisi və Xameneinin oğlu Möctəbini düşünüb.

Prezidentin ölümü sonuncunun qarşısında ali vəzifə postuna yolunu açmış olur, hərçənd, belə təyinat kifayət qədər riskli olacaq.

Keçmişdə İran dəfələrlə irsən keçən rəhbərlik konsepsiyasi ilə bağlı problemlərlə üzləşib.

1979-cu ilin İslam İnqilabının liderləri qəti şəkildə onların devirdikləri monarxiyanı xatırladan istənilən sistemə qarşı çıxış edib.

Möctəbinin populyarlığını da heç kim yoxlamayıb, çünki o, dövlət vəzifələrində deyil və ictimaiyyət qarşısına tez-tez çıxmır.

Legitimlik nöqteyi-nəzərdən Ali Lider hazırkı dini sistemə dəstək verən xalqın tam dəstəyini qazanmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1335   Tarix: 22 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr