Bu deputatların psixoloji problemi var? - Psixoloqdan QALMAQALLI AÇIQLAMA
Son günlər yenidən parlament seçkilərində iştirak etməyi düşünən bir sıra deputatlarla bağlı müxtəlif iddialar səslənir.
Maraqlı məqam isə ondan ibarətdir ki, onların arasında 78-80 yaşda olsa da, yenidən namizədliyini irəli sürmək istəyənlər var. Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
Ümumiyyətlə, Azərbaycanda bir çox sahədə insanlar yaşlansa da, təqaüdə çıxmaq istəmir və bunu qəbullanmırlar.
Bəs görəsən, bu vəzifə ehtirası, unudulmaq qorxusu, yoxsa psixoloji problemdir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış psixoloq Samirə Bağırova bildirib ki, bir çox azərbaycanlıda "qəbulanmama sindromu" var:
"Onsuz da hamı Milli Məclisi "Qocalar evi" adlandırır. Bizim millət kökdən şöhrətpərəst və eqoistdir. Üstəlik, qəbulanmama kimi sindromu var. Çöküşü, yaşlılığı, ayrılığı, ölümü, təqaüdü və sairə kimi həyat içində baş verən, insana xas olan mərhələləri qəbullanmamaq kimi psixoloji xəstəliklə yaşayırlar. Çoxunun içində özünü, gücünü hamıya sübut etmək hissi yatır. Kreslo, vəzifəsi ilə sanki ətrafı qorxutmaq sığortası qazanmaq istəyir. Xalqa xidmət etməyi kimsə düşünmür".
Psixoloq yaşlı şəxslərin vəzifəsindən getmək istəməməsinin səbəbini açıqlayıb:
"Eləcə də yaşlılar, qohum-əqrəbasına, digər tanış yaşlı ətrafına vəzifə sayəsində sübut etmək istəyir ki, hələ də sözü keçən gücə sahibdir. Di gəl ağzını açıb danışır baxırsan ki, dünyabaxışı nə qədər geridir.
Təbii ki, bu hamıya şamil olunmasa da, çoxluq təşkil edən məsələdir. Bu yaxınlarda keçmiş millət vəkillərindən və yenidən seçkilərdə iştirak etmək istəyini irəli sürən biri ilə söhbət edirdim. Söhbət əsnasında s adamı dinləyirdim və düşünürdüm ki, insan necə belə boş düşünə, boş danışa bilər? Danışdığı söhbətlər, sürdüyü ideyalar 30 il öncə bəlkə də maraq doğura bilərdi. Düşünürəm ki, Milli Məclisdə əməlli-başlı, hərtərəfli təmizlik etmək zamanı çoxdan çatıb. Bu Milli Məclisə sərf edərmi? Orası məlum deyil".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1157 Tarix: 22 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabr