Əri evdə olmayan qadın yad kişilər gətirdi: Övladları onu necə ifşa etdilər?

Əri evdə olmayan qadın yad kişilər gətirdi: Övladları onu necə ifşa etdilər?Bakının Sabunçu rayonunda 1980-ci il təvəllüdlü Xəyal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Samirəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Teleqraf.com xəbər verir ki, hadisə ötən il fevralın 1-də Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

Xəyal həmin ərazidə arvadı Samirə ilə qısqanclıq zəminində mübahisə zamanı xüsusi amansızlıqla, övladının gözü qarşısında, sulfat turşusu olan şüşə butulkanın qapağını açaraq qadının üstünə və dayandığı istiqamətə səpələyib, ona xəsarətlər yetirib.

Hadisəni törədən Xəyalın barəsində Cinayət Məcəlləsinin 126.2.3 (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

"Cinsi əlaqədə olduğunu öyrəndim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəyal elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, Samirə ilə ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olub, aralarında heç bir münaqişə olmayıb:

"2022-ci ilin yay aylarında evdən mənə tanış gəlməyən səs eşitdim. Həmin vaxtlar Samirənin hərəkətləri mənə şübhəli gəldiyindən onun çantasına baxdım. Çantada öz telefonundan əlavə bir telefon tapdım. Mesajları oxuduğum zaman Samirənin müxtəlif vaxtlarda, müxtəlif şəxslərlə cinsi əlaqədə olduğunu öyrəndim.

Samirə hər şeyi etiraf etdi və onu bağışlamağım üçün yalvardı. Mən də Samirəni bağışladım.

Bir müddət sonra Samirənin yenidən eyni əməlləri təkrarladığını öyrəndim. Bağışladıqdan sonra yenə əxlaqsız hərəkətlər etməsinə çox əsəbiləşdiyim üçün onun sağlamlığına zərər vurdum".

"Sifətinə "kislota" tökdüm"

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisəni törətdiyi gün Samirəni aldadaraq onunla və böyük oğlu Əli ilə görüşüb:

"Görüşdükdən sonra avtobusa mindik. Avtobusdan düşəndə Samirədən mobil telefonunu verməsini tələb etdim. O, telefonunu verməkdən imtina etdi, mənim və ailəm haqqında nalayiq ifadələr işlətdi. Mən əsəbiləşdim və özümlə daşıdığım kimyəvi maddə olan şüşənin qapağını açaraq onun üzünə tökdüm".

"Evə yad kişilərin gəldiyini dedilər"

Təqsirləndirilən şəxs bildirib ki, yay aylarında tapdığı telefonun mövcudluğundan xəbəri olmayıb:

"İşdə olduğum zaman uşaqlarım mənə zəng edib evə yad kişilərin gəldiyini, Samirə ilə spirtli içki qəbul etdiklərini danışdılar. Bu hadisədən sonra məndə şübhə yarandı. Çox keçmədi ki, evdə bir kağız tapdım. Kağızda tanımadığım nömrələr var idi".

"Telefon anama məxsusdur"

İş üzrə zərərçəkmiş Samirənin sözlərinə görə, Xəyal əl çantasında aşkar etdiyi mobil telefon onun anasına məxsusdur:

"Anam telefonu mənə uşaqlarımın istifadə etməsi məqsədi ilə verib. Uşaqlarım həmin telefonla bəzən oyun oynayıblar. Bir müddət sonra uşaqlar istifadə etmədikdə telefonu özüm işlətməyə başladım. Telefonda olan nömrə uzun müddət əvvəl alınıb".

"Kimyəvi maddəni üzümə tökdü"

Zərərçəkmiş qeyd edib ki, Xəyalın külli miqdarda borcu olub:

"Ona boşanmaq istədiyimi dedim. Hadisə baş verən gün Xəyal içkili vəziyyətdə mənə zəng edərək harada olduğumu soruşdu. Mən də işdə olduğumu bildirdim. İşdən çıxanda Xəyal yanıma gəldi. İçkili olduğunu görəndə niyə içdiyini soruşdum, bunun mənə aidiyyətinin olmadığını dedi. Bundan sonra avtobusa mindik və sözügedən hadisə baş verdi. Xəyalın bu əməli törətməsinin səbəbi mənim boşanmaq istədiyimi deməyim olub".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəyal altı il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1706   Tarix: 25 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021