DİM Elm və Təhsil Nazirliyinə BİRLƏŞDİRİLƏCƏK - AÇIQLAMA

DİM Elm və Təhsil Nazirliyinə BİRLƏŞDİRİLƏCƏK - AÇIQLAMABu gün Dövlət İmtahan Mərkəzi (DİM) ölkə də əhəmiyyətli imtahanların keçirilməsində və kadrların seçilməsində fəal iştirak edir. Azərbaycanda ali təhsil müəssisələrinə əlçatanlığın olması və qəbul prosesinin şəffaf olması istiqamətində nailiyyətlər əldə edilib. Amma əlbəttə ki, bunu imtahanlar üçün deyə bilmirik. İmtahanlar kifayət qədər çətindir. İmtahanların çətinliyi abituriyentlər ilə yanaşı, valideynlərin narazılığını da artırır. Valideynlər imtahanların çətinliyi baxımından DİMin fəaliyyəti ilə bağlı narazılıq edirlər. Belə olan halda DİM-in Elm və Təhsil Nazirliyinə birləşdirilməsi mümkündür?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, DİM ölkədə ən böyük imtahanları həyata keçirir. 30 ildən çoxdur ki, ölkədə ən şəffaf, əlçatan imtahanları təşkil edən bir qurumdur:

"Etiraf edək ki, həm əlçatanlıq, həm də keyfiyyətin ölçülməsi baxımından insanların razılığı var. Burada bir məsələ var ki, DİM və Elm və Təhsil Nazirliyinin fəaliyyəti bir-birindən ayrıdır. Amma Azərbaycan 90-cı illərdə deyil. Artıq biz də təhsilin idarəolunmasında, qiymətləndirilməsində kifayət qədər şəffaflığı görə bilirik. Xüsusən 2013-cü ildən sonra Mikayıl Cabbarov təhsil naziri təyin olduqdan sonra, təhsil sistemində, sağlamlaşdırılması istiqamətində ciddi işlər görülüb. Mən hesab edirəm ki, DİM-in Elm və Təhsil Nazirliyinə birləşdirilməsi ehtimalı var. Bu o demək deyil ki, imtahanları yenə də DİM həyata keçirməyəcək. Bu birmənalı şəkildə belə deyil".

Ekspertin sözlərinə görə, DİM hal-hazırda orta ümumtəhsil məktəblərinin buraxılış və qəbul imtahanları, dövlət qulluğu və qabiliyyət imtahanlarını keçirir. Ali təhsil müəssisələri, magistratura və doktorantura pilləsində qəbul prosesi DİM-in üzərindədir. Hal-hazırda DİM ən böyük onlayn imtahanlarını keçirmək imtahanına malikdir:

"Eyni zamanda bu qurum tam şəffaf olaraq beynəlxalq imtahanları həyata keçirir. Ümumiyyətlə DİM-in keçirdiyi imtahanların beynəlxalq etibarlılığı var. Təbii ki, proses tam şəffafdır və kənar müdaxilələr yoxdur. Amma hesab edirəm ki, ayrıca bir qurum olaraq fəaliyyət göstərməsi müəyyən qədər çətinliklər yaradır. Mən hesab edirəm ki, burada vahid platformadan proseslərin təşkili vacibdir. Xüsusilə qəbul imtahanları ilə bağlı biz o məsələni görə bilərik. Qiymətləndirmədə şəffaflıq var. Amma bu keyfiyyət mənasına gəlməməlidir. Dünən keçirilən qəbul imtahanlarında tarix fənnindən Amerikanın siyasi-iqtisadiyyat tarixi soruşulur. 11-ci sinif dərsliklərində bu məlumat ola bilər. Amma qəbul imtahanlarında yoxlanılan və ölçülən bacarıqlar tamam fərqli olmalıdır. Biz o informasiyaları yoxlamalı və ölçməliyik ki, həmin məlumatlar uşaqlara lazım olsun".

Kamran Əsədov bildirib ki, Bütün bunlar onu deməyə əsas verir ki, DİM-in, Elm və Təhsil Nazirliyinin fəaliyyətindən, orta ümumtəhsil məktəblərində olan tədrisin təşkilindən xəbəri yoxdur. Bu da istər buraxılış, istərsə də qəbul imtahanlarında problem yaranır:

"Mənim proqnozuma görə, DİM Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməlidir. Bu imtahanların məzmununda dəyişiklik edəcək. O cümlədən ölkədə repetitorluğun qarşısının alınması istiqamətində də addım atılacaqdır. Bu gün DİM-in imtahanları şəffaf və əlçatandır. Amma burada keyfiyyət məsələsi deyil. Sovet dönəmində qəbul imtahanlarında əlçatanlıq yox idi. Kənar müdaxilələr var idi. Pul və tapşırıq ilə ali təhsil müəssisələrinə qəbul olurdular. İndi isə yalnız əldə edilən biliklərin vasitəsilə ali məktəblərə qəbul olmaq mümkündür. Bu proses birmənalı şəkildə şəffafdır. Düzgün idarəetmənin təkmilləşdirilməsi ilə bu prosesi daha da düzəltmək olar. Artıq Elm və Təhsil Nazirliyidə kifayət qədər imtahanlar keçirə bilir. Nazirlik direktorlar, onların müavinləri, liseylərə qəbulu və strateji əhəmiyyət daşıyan imtahanları həyata keçirir. Məhz bu amil onların imtahan keçirmək təcrübəsinə malik olduğunu göstərir. Ölkə də monitorinq imtahanlarına hər bir şey Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Hesab edirəm ki, bu qurumun imtahanları keçirmək və idarə etmək bacarığı var. Bütün bunlar DİM-in Elm və Təhsil Nazirliyinə birləşdirməyə imkan verən bir haldır və bunun vaxtı gəlib çatıb".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1634   Tarix: 27 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr