Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
Bakıda yerləşən N saylı hərbi hissənin sabiq qərargah rəisi rüşvətə görə həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, kapitan rütbəsi ilə xidmət edən Vüsal Əliyev bir neçə hərbçidən külli miqdarda rüşvət alıb.
Kapitan Əliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.
Cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılıb.
V. Əliyev xidmətlərinə görə müxtəlif medallarla təltif edilib. Həmçinin o, Azərbaycanı Əfqanıstanda təmsil edən zabit kimi xidmət edib. Müdafiə tərəfi bunları nəzərə alaraq məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxsin xidmətlərini yumşaldıcı hal hesab edib, ona münasibətdə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddinin ən aşağı həddindən az cəza təyin etmə) maddəsini tətbiq edib.
Hökmə əsasən, Vüsal Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1175 Tarix: 27 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş məmur Şəmkirdə daha bir şadlıq sarayı alıb
Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda daha bir şadlıq sarayı alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu, "Yasmin" şadlıq sarayıdır. Məlumatda bildirilir ki, keçmiş məmur obyektin profilini dəyişmək niyyətində deyil. Yəni, obyekt şadlıq sarayı kim
14 fevralVuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO
"Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm". xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib. "Bu bizim işgüzar dairələr üçün əlavə fürsətdir ki, Azərbaycana səfər etsinlər", - Aleksandar Vuçiç vurğulayıb
15 fevralDəm qazı 19 yaşlı qızı xəstəxanalıq etdi
Gəncədə 19 yaşlı qız dəm qazından zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Gülüstan yaşayış massivində qeydə alınıb. Zəhərlənən 2007-ci il təvəllüdlü Ayşən Qasımova xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir
14 fevral3 gün ardıcıl iş OLMAYACAQ - TARİXLƏR
Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq. 8 Mart - Beynəlxalq Qadınlar Günü bu il bazar gününə təsadüf etdiyindən növbəti gün - 9 mart da qeyri-iş günü hesab olunacaq. Beləliklə, 7 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar ölkədə 3 gün ardıcıl qeyri-iş günü olacaq
14 fevralBakıda yeni metro stansiyası açılır - BU TARİXDƏ - VİDEO
Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib. "Xəzər TV"yə istinadla xəbər verir ki, artıq stansiyada son tamamlanma işləri aparılır. Sakinlər bildiriblər ki, illərdir təmir
15 fevral