Məktəblərdə "fond pulu" adı ilə yığılan pullar HARA XƏRCLƏNİR? - AÇIQLAMA

Məktəblərdə "fond pulu" adı ilə yığılan pullar HARA XƏRCLƏNİR? - AÇIQLAMAXəbər verdiyimiz kimi, 46 nömrəli məktəbdə "fond pulu" ilə bağlı məsələ böyüyür. Məlumatda bildirilir ki, "fond pulu" verməyən şagirdlərə qarşı ayrı-seçkilik var. "Fond pulu"nun sinifin təmiri üçün yığıldığı bildirilir. Sinif rəhbəri valideynlərin olduğu "WhatsApp" qrupuna pulu verən şagirdlərin siyahısını göndərib və verməyənlərin də pulu göndərməsini tapşırıb.

Göründüyü kimi, məktəblərdə davam edən "fond pulu" problemi hələ də öz aktuallığını qoruyub saxlayır. Şagirdlərdən müəyyən adılar altında sinif rəhbərləri yaxud direktorlar tərəfindən müəyyən miqdarda vəsait toplanır. Belə olan halda həmin vəsaitin xərcləndiyi istiqamətlər maraq doğurur. Məktəblərdə "fond pulu" adı ilə yığılan pullar hara xərclənir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib ki, illərdir "fond pulu" adı altında məktəblərdə müəyyən yığımlar həyata keçirilir. Birinci növbədə burada "fond pulu" anlayışına gəlib baxmalıyıq:

" "Fond pulu" o halda formalaşır ki, hər hansı bir şagirdin xaricdə təhsil almasına, ölkə universitetlərinə düşürsə, ödənişli təhsil varsa ona yardım məqsədilə həyata keçirilir. Bu da yalnız könüllük, şəffaflıq və obyektivlik prinsipi qorumaqla yaranan bir fond olmalıdır. Amma bizdə bu "fond pulu" anlayışı başqa cür formalaşıb. Bununla da "süpürgə pulu" kimi qəribə adlar altında şagirdlərdən pul yığırlar. Bu pulların konkret hara xərcləndiyi, hansı istiqamətdə yönləndirilməsi ilə bağlı konkret hesabat verilmir. Belə olan halda şagirdə, valideynə və cəmiyyətə maraqlıdır ki, bu pulu yığılırsa, hara xərclənir".

Ekspertin sözlərinə görə, hansısa direktor çıxıb deyir ki, vəsait məktəbin təmirinə xərclənir. Bu məktəbin təmirini Elm və Təhsil Nazirliyinin vəsatəti əsasında dövlət büdcəsindən maliyyə ayırmaqla dövlət tərəfindən həyata keçirilir. Hətta neçə illərdir ki, Heydər Əliyev Fondu tərəfindən nə qədər məktəblər təmir olunub:

"Qurumdan tərəfindən öhdəlik götürülür və təmir həyata keçirilir. Belə çıxır ki, məktəbin təmiri üçün direktor 100 min manata yaxın pul yığa bilir. Yəni bu kimi hallardan istifadə edən məktəb direktorları birmənalı olaraq görünən odur ki, həmin vəsaiti mənimsəyiblər. Yekunda isə fond pulu yığım məsələsi qanunvericilik tələbinin pozulması mənasını verir. Hər hansı bir yığım şagirddən olmamalıdır. Bu istər "təhsil haqqında" qanunda, istərsə də digər qanunvericilikdə nəzərdə tutulan faktordur. Məktəb direktoru, onun müavini yaxud müəllim belə olsa, onun ixtiyarı yoxdur ki, şagirddən pul tələb etsin. Belə hal yaşanırsa, valideyn dərhal aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına, korrupsiya idarəsinə müraciət etməlidir. Burada hesabatlılıq olmadığı üçün ciddi problemlər var. Fond pulu adı altında yığılan pullar birbaşa mənimsənilir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1361   Tarix: 27 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr