Bakıda qarşıdurma: Blokun qapısı hörüldü, sakinlər ayağa qalxdı - Video

Bakıda qarşıdurma: Blokun qapısı hörüldü, sakinlər ayağa qalxdı - VideoBakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 7-11 və Nizami küçəsi, ev 4 kəsişməsi ünvanında yerləşən "Pilot Residence" MTK tərəfindən inşa edilmiş binanın sakinləri sözügedən tikinti şirkətinin fəaliyyətindən narazıdırlar.

Bina sakinlərinin şikayəti üzərinə daha əvvəl mətbu orqanlarda yer alan xəbərlərdə qeyd olunur ki, MTK tərəfindən yaşayış kompleksində inşaat-təmir işləri dəfələrlə dondurulub, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş verib. Həmçinin yaşayış binasının daxili həyətində təsdiqlənmiş layihədə ümumiyyətlə mövcud olmayan iri ticarət obyektinin inşası həyata keçirilib. Bildirilir ki, mövcud problemlərlə bağlı sözügedən binada mənzil sahibi olan 22 nəfər adından dəfələrlə bir sıra səlahiyyətli qurumlara şikayət məktubu ünvanlansa da, bu, bir fayda verməyib.

Bu dəfə bina sakinləri ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya kollektiv şikayət məktubu ünvanlayıblar. Həmin məktubun bir nüsxəsini də "AzPolitika"-ya göndəriblər.

Sözügedən məktubda tikinti layihəsinə uyğun olaraq, "Pilot Residence" MTK-nın bir sıra öhdəliklərini icra etmədiyi bildirilir. Belə ki, layihədə nəzərdə tutulan tikililəri həyata keçirmədiyi, yaşayış kompleksini 2019-cu ilin sonunadək sahiblərinə tam təhvil vermə öhdəliyinə riayət etmədiyi və digər qanunsuzluqlara yol verdiyi qeyd olunur.

Sakinlərin sözlərinə görə, Səbail Rayon İcra Hakimiyyətinin (RİH) 2 iyun, 2017 il tarixli Sərəncamı ilə təsdiqlənmiş yaşayış kompleksi layihəsinin icraatı hələ də yarımçıq qalıb. Qeyd olunur ki, Səbail RİH binanın Dövlət Qəbul Komissiyası tərəfindən qəbulunu təsdiqləsə də, layihə ilə nəzərdə tutulan yaşayış kompleksinin tərkibindəki qapalı həyət və istirahət zonası, yeraltı dayanacaq mərtəbəsi, Rostropoviçlər küçəsinə avtomobil və piyada giriş-çıxış yolları hələ də hazır deyil.

"Çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında "Pilot Residence" MTK tərəfindən təxminən 700-800 kv.m. sahəni əhatə edən ərazidə binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili inşa edilib. Faktiki etibarsız olan icarə müqaviləsi əsasında fəaliyyət göstərən supermarket bina sakinlərinin binadan və binanın layihə üzrə göstərilən həyətindən normal istifadəsi üçün problem yaradır. Həm "Pilot Residence" MTK, həm də supermarket faktiki sakinlərə məxsus olan, onların layihəyə əsasən istifadə edə biləcəyi binanın həyətini qanunsuz şəkildə tutublar",-deyə şikayət məktubunda bildirilir.

Müraciətdə o da qeyd olunur ki, sakinlər tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Səbail RİH-ə müxtəlif vaxtlarda müraciətlər olunsa da, MTK tərəfindən davam etdirilən qanunsuzluqlar dayandırmayıb. Şikayətçilər qeyd edirlər ki, icra başçısı Vüqar Zeynalov və layihənin kuratoru, başçının birinci müavini Vüqar Şıxəmmədov sakinlərin saysız-hesabsız şikayətlərini nəzərə almayıblar. MTK tərəfindən layihə üzrə görülməli işlər yarımçıq saxlanıldığı halda Dövlət Aktı təsdiqlənib və yaşayış kompleksindəki yekun işlərin dondurulmuş vəziyyətdə saxlanılmasına bəraət qazandırılır.

Sakinlər məktubun sonunda Birinci vitse-prezidentə müraciət edərək, "Pilot Residence" yaşayış kompleksinin rəsmi layihəsinə uyğun şəkildə yekunlaşması istiqamətində dövlət orqanlarına göstəriş verilməsini xahiş edirlər.

Yazıda qeyd olunanlarla bağlı "Pilot Residence" MTK, eləcə də müvafiq dövlət qurumlarının mövqeyini işıqlandırmağa hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1459   Tarix: 27 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr