Azərbaycanda kimə bloqer demək olar? - "Restorana gedib oranı çəkmək..."

Azərbaycanda kimə bloqer demək olar? - "Restorana gedib oranı çəkmək..."Sosial şəbəkələrin yaratdığı şəraitdən yararlanaraq, hər kəs bloqerlik edə bilər. Özünü bloqer fəaliyyəti ilə məşğul olan yetərincə adam var. Amma hamı özünü bu sahədə sınamalıdırmı? Bu sahədə hər kəsin pul qazana bilməsi mümkündürmü?

Yenisabah.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, bu sahədə uğurlu olmaq üçün təcrübə mütləqdir:

"Hər hansı sahədə ekspert olmaq, bu adı qazanmaq üçün təcrübə lazımdır. Təcrübə müəyyən meyara əsaslanmalıdır.

Azərbaycanda bloqerlik anlayışı səhv başa düşülür. İnsanlar çıxır özünü göstərir, gəzir, səyahət edir, çəkir, paylaşır. Amma sosial şəbəkədə bu gün hər kəs əlinə telefon alıb çəkilişlər edə bilər. Bu, bloqerlik deyil.

Bu ancaq tiktokerlik, yutuberlik də ola bilər. Bloqer əslində, hər hansı sahə üzrə maarifləndirici şəxsdir. Məsələn, bəzi insanlar fizika üzrə, riyaziyyat üzrə və ya hər hansı digər elmi sahə üzrə araşdırma aparır. Sonra onu sadə dilində oxucularına, izləyicilərinə çatdırır. Bu, faydalı kontent formalaşdırma istiqamətində çox əhəmiyyətli sahədir".

E.Abbasovun sözlərinə görə, Azərbaycanda faydalı kontent formalaşdıran çox az bloqer var:

"Məsələn, Fərid Pərdəşünas texnobloqerdir. Öz sahəsində dünyada baş verənləri Azərbaycana çatdırır. Vüsal Yusifli peyk texnologiyaları, səma, kosmik sahələrdə baş verənləri elmi dildə öz oxucularına çatdırır. Elə jurnalistlərimiz var ki, frilanserdir və bloqerlik edirlər. Onlar siyasət, sosial sahələr üzrə bloqlar düzəldib paylaşırlar.

Azərbaycanda bloqerlik adı altında fəaliyyəti, istiqaməti bəlli olmayan, ümumi sahələri götürüb paylaşan, amma özünü "bloqer" adlandıran şəxslər çoxdur. Restorana gedib oranı çəkmək və buna bənzər ümumi, sadə mövzuları paylaşanlar çoxdur. Belə insanlara bloqer adı vermək nə dərəcədə doğrudur? Bunun ölkə üzrə heç bir ümumi faydası, əhəmiyyəti yoxdur. Sadəcə asan pul qazanmaq üçün edirlər".

Ekspert bildirib ki, dünya təcrübəsində bloqerlər bir materialı ərsəyə gətirmək üçün həftələrlə çalışır, araşdırma aparırlar:

"Dünya təcrübəsində bloqerlər bir bloq üçün 1-2 həftə işləyir, tərcümələr edir, elmi məqalələr oxuyurlar. Sonra da əldə etdikləri faydalı məlumatlardan 15 dəqiqəlik bloq emal edirlər. Yəniu bloqerlik əziyyətli işdir. Hətta bir nəfər yox, bir neçə nəfər bir bloqu düzəldə bilir. Onun çəkilişi, yanaşması peşəkar olur.

Ölkəmizdə də bu cür blogerlik etmək olar, bunun üçün maraqlı mövzular kifayət qədərdir. Məsələn, Azərbaycada 350-ə yaxın plov növü var. Bir məşhur aşpazımız bu plov növlərini tək-tək çəkməyə başlasın. Milli adətlərimizdə qalan, amma unudulmuş dadları kəşf etdirsinlər, üzə çıxsınlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1383   Tarix: 27 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr