Azərbaycanda müşahidə edilən tozlu hava şəraitinin səbəbi AÇIQLANDI

Azərbaycanda müşahidə edilən tozlu hava şəraitinin səbəbi AÇIQLANDI"Azərbaycanda müşahidə edilən toz kütləsi Türkmənistanın Qaraqum səhrası, İranın şimalı, eləcə də İraq ərazisindən ölkəyə daxil olub".

Bunu "Report"a açıqlamasında Xəzər Universiteti Ətraf Mühit Mərkəzinin direktoru, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasov deyib.

Ekoloq hesab edir ki, hazırda müşahidə olunan toz hissəcikləri Azərbaycanın şərq hissəsinin əksər rayonlarını əhatə edir, transsərhəd mənşəlidir:

"Bakı və Abşeron yarımadasından əlavə, Şamaxıdan tutmuş Muğan, cənub zonasına, eləcə də Quba-Xaçmaz zonasının bir hissəsində müşahidə edilir. Toz kütləsinin Azərbaycana daxil olması səbəbindən PM (particullar matter - hava keyfiyyətinin təyin edilməsi üçün əsas göstərici) səviyyəsi kəskin artıb və daha çox Türkmənistanın Qaraqum və Qızılqum səhralarından, İranın şimalı, eləcə də İraq ərazisindən qaynaqlanır. Fırtınaların olması, küləklərin güclənməsi nəticəsində tozlanma böyük regional miqyasda baş verib".

R.Abbasov həmçinin vurğulayıb ki, ötən gün Bakıda havanın keyfiyyəti 500 ballıq şkala üzrə 240 olub:

"PM normadan çox olanda havanın keyfiyyəti aşağı hesab olunur. Ötən gün Bakıda 500 ballıq şkalada havanın keyfiyyəti 240 olub. Adətən, 0-50 şkalasında hava keyfiyyəti yaxşı hesab olunur. Bu o deməkdir ki, hava keyfiyyəti Bakıda normadan 4 dəfə aşağı olub. Bu cür tozlanmalar Bakıda yaz və yay aylarında müşahidə olunur. Ümumiyyətlə, toz kütləsi Azərbaycan ərazisinə çox müxtəlif - İraq, Səudiyyə Ərəbistanı, mərkəzi Asiyanın Qaraqum və Qızılqum səhralarından Xəzər dənizini keçməklə daxil olur".

Ekspertin sözlərinə görə, bu cür miqyaslı tozların qarşısının alınması üçün praktiki üsul yoxdur:

"Sadəcə insanlar maarifləndirilməlidir ki, belə havalarda çöldə maskadan istifadə etsinlər, mümkün qədər bayırda az gəzsinlər. Evdə kondisionerlə havalandırma işləri aparsınlar".

Yeri gəlmişkən, tozlu havanın insanlara da müəyyən təsirləri var. Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-allerqoloqu Nigar Həşimova bildirib ki, havada tozun miqdarının normadan artıq olması insanların səhhətinə mənfi təsir göstərir:

"Belə havaların xüsusilə allergiyadan əziyyət çəkən şəxslərdə təsirləri müşahidə edilir. İstər bronxial astma, istər allergik konyunktivit xəstəliklərindən əziyyət çəkən şəxslərdə mənfi hallar yaradır. Bronxial astma xəstələrində öskürək, təngnəfəslik, boğulma, döş qəfəsində ağrı kimi halların artması müşahidə olunur. Hətta istifadə etdikləri dərmanlar belə yetərli olmur. Bundan başqa, allergik rinit və allergik konyunktivit xəstələrimiz var ki, onlarda da burnun, gözün seliklik qişasında zədələnmələr artır, burunda asqırma, tutulma, gözdə isə qızarma, qaşınma kimi hallar müşahidə olunur".

Mütəxəssis söyləyib ki, allergiyalı şəxslərdə dəri hüceyrələri həssas olduğuna görə, tozlanma dəriyə də mənfi təsir göstərir:

"Dəridə quruluq və quruluğa bağlı qaşınma və bir çox yaralara səbəb olur".

Xatırladaq ki, mayın 26-da səhər saatlarında havada tozun miqdarı normadan 1,3, gün ərzində isə 3-3,5 dəfəyədək artıb. Milli Hidrometeorologiya Xidmətinin sonuncu məlumatına görə, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2,8-3,2 dəfə çoxdur. Gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1069   Tarix: 27 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr