Yeyib-içəndən sonra qonşusunu amansızlıqla öldürmüşdü - 18 il həbs verildi
Ötən il dekabrın 7-nə keçən gecə Ağdaş şəhərində qonşusu 1968-ci il təvəllüdlü Araz Hacıyevi qətlə yetirən 51 yaşlı Rövşən Rüstəmliyə hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Rüstəmli Cinayət Məcəlləsinin 120.2.4 və 221.1-ci (Xüsusi amansızlıqla adam öldürmə və xuliqanlıq) maddələri ilə təqsirli bilinib.
Məlum olub ki, hadisədən əvvəl Rövşən qonşusu Araz və digər iki şəxslə yaşadığı mənzildə məclis qurub və onlar spirtli içki qəbul ediblər. Bundan sonra Araz Hacıyev məclisi tərk edərək evinə gedib. Rövşən isə masanın üzərinə 70-80 manat pul qoyduğunu bildirərək həmin vəsaitin Araz tərəfindən oğurlandığını iddia edib. O, Arazın yaşadığı evin hasarından həyətə tullanaraq qonşusunun yatdığı otağa daxil olub. Rövşən Araza bıçaqla çoxsaylı zərbələr endirərkən bıçaq qırılıb, daha sonra o, əlinə keçən qayçı ilə qonşusuna ağır zərbələr endirməyə davam edib. Ümumilikdə 39 kəsilmiş-deşilmiş xəsarət alan A.Hacıyev oradaca ölüb.
Hadisə vaxtı onun oğlu və həyat yoldaşı evdə olsalar da qorxularından Rövşənə yaxınlaşa bilməyiblər.
Məhkəmənin hökmü ilə qonşusunu amansızlıqla qətlə yetirən R.Rüstəmliyə 18 il həbs cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1103 Tarix: 31 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi
Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirl
29 sentyabrVüsalın qətlinə görə cəmi 10 min veribmiş...
13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham aktını elan edib. Xəyal Əli-Zadə 2013-c
28 sentyabrQubada 21 yaşlı oğlan müəmmalı şəkildə öldü
Qubada gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 29-u saat 01 radələrində Birinci Nügədi kəndində baş verib. 2005-ci il təvəllüdlü Cəfərov Səbuhi Azər oğlu yaşadığı evdə naməlum səbəbdən ölüb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyi
29 sentyabrFatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək
7 oktyabrVüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı
Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye
8 oktyabrBərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları - Video
Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:. 11:00. Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib. Baku TV-y
1 oktyabr10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini
11 noyabrBakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
Bu gün Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub. -a istinadən xəbər verir ki, insident rayonun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə zamanı Raqif Rəhimov (1996), Ravin Xəlilov (1996) və Sərvan Məsimov (1998) bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Əraziy
13 noyabr