Mərhum xanəndənin nəvəsinin öldüyü hadisə necə baş verib?
Mərhum xanəndə Eynulla Cəbrayılovun nəvəsi 1988-ci il təvəllüdlü Nurlan Cəbrayılovun ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, ötən il iyunun 4-də Sabirabad Sənaye Məhəlləsində yerləşən gübrə istehsalı məntəqəsində baş vermiş hadisə ilə əlaqədar müəssisənin texnoloqu, Türkiyə vətəndaşı Atıf S. təqsirləndirilib.
Məhkəmədə mərhum Nurlan Cəbrayılovun ailə üzvləri bildiriblər ki, o, müəssisədə mühafizəçi kimi işə götürülsə də, heç bir təhlükəsizlik tədbirləri görülmədən təhlükəli istehsalat prosesinə qanunsuz olaraq cəlb edilib. Həmçinin Nurlan orada 3 aydan artıq müddətdə çalışsa da, onun əmək müqaviləsi hadisədən sonra elektron sistemə qəbul edilib və xeyli müddət qanunsuz olaraq işləməyə məcbur edilib. Zərərçəkən tərəf texnoloqla yanaşı, MMC-nin təsisçisi və rəhbəri olan Etibar Baloğlanovun da cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər.
O da bildirilib ki, N.Cəbrayılov hadisə vaxtı, saat 23 radələrində gübrə istehsalı məntəqəsində tək olub və Atıf telefon vasitəsilə onu yönləndirib. Bu zaman gübrə məhlulu Nurlanın üzərinə tökülüb və onun bədəninin 80 faizindən çoxu yanıb. Ağır xəsarət alan gənc Bakıdakı ixtisaslaşmış xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra vəfat edib.
Türkiyəli mütəxəssis Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Məhkəmə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onun bir il müddətə texnoloq qablaşdırıcı vəzifəsi tutması da qadağan edilib və cəzasını məntəqə tipli müəssisədə çəkməsi bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Keçmiş nazirin oğluna vəzifə verildi
Bu günə olan qızıl və gümüş qiymətləri
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?