Trombetta: Azərbaycan kiberhücumların artması fonunda kibertəhlükəsizlik sahəsində ön sıralardadır
Azərbaycan kiberhücumların artması fonunda kibertəhlükəsizlik sahəsində ön sıralardadır.
"Report" xəbər verir ki, bu bu barədə "Cisco" şirkətinin baş vitse-prezident Adele Trombetta Bakıda keçirilən III Milli Kibertəhlükəsizlik Forumunda deyib.
"Hökumətlər də, şirkətlər də kiber hücumlardan əziyyət çəkirlər. Bəllidir ki, bizim hamımızın mübarizə apardığı düşmən var. Azərbaycan dilində belə deyim var: Əgər indi toxumu əkməsən gələcəkdə məhsul yığmazsan", – şirkətin baş vitse-prezidenti vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasının 42 maddəsi hər kəsin təhsil almaq hüququ haqqındadır:
"Bu hüquq yüz minlərlə şagird və tələbəni Bakı şəhərində birləşdirir. Azərbaycan Respublikası özünün təhsil, biznes sahəsində işini yüksək səviyyədə davam etdirərək Qərb üçün mühüm tərəfdaşa çevrilə bilər. Azərbaycan şairi Məhəmməd Füzuli demişdir ki, heç zaman sərvətinlə öyünmə, uğur qazanmaq istəyirsənsə, təhsil al, öyrənməyə davam et".
O, Azərbaycan hökumətinin ölkəni yüksək səviyyədə kibertəhlükəsizlik, rəqəmsal sahədə inkişaf etdiyini deyib:
"İlk dəfədir Azərbaycana gəlmişəm, bu ölkənin potensialı məni valeh edir. Mənə görə gələcəyin kibertəhlükəsizliyi məhz Azərbaycandadır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 916 Tarix: 01 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr