Təqaüdlərlə bağlı SEVİNDİRİCİ XƏBƏR - Nazir müavini açıqladı
Təqaüd xərclərinin optimallaşması bizə hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına imkan yaradacaq. Peşə hazırlığına cəlb olunanlara əməkhaqqı deyil, təqaüd ödənilir. Eyni zamanda onların nəqliyyat xərcləri İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına konpensasiya olunur.
Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Məşğulluq haqqında" qanuna dəyişiklikliyin müzakirəsi zaman deyib.
Nazir müavini bildirib ki, təqaüdün məbləğinin yenə də aylıq minimum əməkhaqqının məbləği ilə bağlantısı saxlanılacaq.
"Növbəti dövrdə minimum əməkhaqqı artdıqca, təqaüdün məbləği də artacaq. Peşə hazırlığına cəlb oluna şəxs əvvəlcədən bilməlidir ki, harada işləyəcək. Peşə hazırlığı heç bir halda təqaüd almaq məqsədilə proqrama daxil olmanı stimullaşdırmamalıdır", - deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, "Məşğulluq haqqında" qanuna dəyişiklikliyə əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği minimum əməkhaqqının 50 faizi dəyərində müəyyən edilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2412 Tarix: 03 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr