Universtetlərdə bu ixtisaslar LƏĞV OLUNA BİLƏR - AÇIQLAMA

Universtetlərdə bu ixtisaslar LƏĞV OLUNA BİLƏR - AÇIQLAMAAli təhsil müəssisələrində kadr hazırlığı zamanı bir-birini təkrarlayan universitetlər və fakültələr mövcuddur. Azərbaycan Dövlət Pedaqoji Universitetindü müəllimlik ixtisası tədris olunursa, bu peşə digər ali məktəblərdə də tədris olunur. O cümlədən bunu hüquqşünaslıq, humanitar yönümlü ixtisaslar daxildir. Belə olan halda əmək bazarında ciddi geriləmə yaranır və universiteti bitirən məzunlar özlərinə iş tapa bilmirlər. Belə olan halda, Azərbaycanda hansı fakültələr ləğv edilə bilər?

Mövzu iləağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bir-birini təkrarlayan, lazımı maddi- texniki bazaya, müvafiq infrastruktura, peşəkar pedaqoji potensiala malik olmayan, sağlam rəqabətə dözməyən və xüsusi ilə də əmək bazarının tələbinə cavab verməyən ixtisaslar üzrə kaadr kazırlığı həyata keçirilməməlidir:

"Hazırda ali təhsil müəssisələrində bir birini təkrar edən, yaxın ixtisaslar var. Onların ayrı ayrı ad altında fəaliyyət göstərməsi məqsədə müvafiq deyil. Müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb və əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar əlavə edilib. Məqsəd müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanmasıdır. Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır. Xüsusilə qeyd edim ki, tibb üzrə oxuyan tələbələrin yiyələndiyi ixtisasın məzun olduqdan sonra cəmiyyətə lazımsız olduğunu görürük. Bir çox fakültələrdən məzun olan insanların sonrakı fəaliyyəti ilə bağlı analiz göstərir ki, 20-30 il ərzində oxuduqları ixtisaslar üzrə aldıqları təhsil bu gün və ya sabah lazımsız olur. Onlar üçün həm iş yerləri tapmaq çətin olur, həm də əlavə sosial problemlər yaradır. Nəyə görə hüquqşünas, diplomat nüfuzlu ixtisas olmalıdır, zootexnik, baytar nüfuzsuz? Axı niyə biz meyvə bağlarımıza aqrotexniki xidmət göstərilməsi sirlərinə yiyələnmək üçün Hollandiya və ya digər başqa bir ölkədən mütəxəssis cəlb etməliyik? Bəzi insanlar bəzi ixtisasların aktuallığının tamamilə itirdiyini və bu istiqamətdə kadr hazırlığına ehtiyac qalmadığını düşünürlər, vəziyyət isə başqadır".

Ekspert vurğulayıb ki, bir çox ixtisaslar üzrə həm peşə məktəblərində, həm kolleclərdə, həm də ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirilir və bu zaman əlavə təkrarçılığa və əlavə məsrəflərə yol verilir:

"Elə ixtisaslar var ki, buna yiyələnmək üçün təhsilin elə bir pilləsi, aşağı-peşə və ya orta ixtisas-kollec təhsili də kifayət edər. Bu həm də peşə məktəblərində, kolleclərdə canlanma yaradar. Nəticədə ali məktəblərimizin xidmətinə ehtiyac duyulmayan işsizlər ordusu yetişdirməsinə də ehtiyac qalmaz. Texnologiya nə qədər inkişaf etsə də, robotlar insan işini görsələr də yerli mütəxəssisin bir işə can yandırmağı başqa məsələdir. Ekspertimiz də elə onu deyir. "Məgər bizə zootexnik, baytar, aqronom lazım deyil? Hesab edirəm ki, iqtisadiyyatımızın dinamik inkişafı naminə, sosial ədalət və sosial rifah naminə bütün ixtisaslara və peşələrə eyni gözlə baxmalıyıq. Bunun üçün kifayət qədər müxtəlif üsul və vasitələr, habelə stimullaşdırıcı imkanlar axtarıb tapmaq olar. Bununla belə, bütün hallarda tələb və təklif prinsipi əsas götürülməlidir.Bir qayda olaraq oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük verir. Bununla belə ixtisas saçimində müəyyən məqam və nüanslar var ki, bunu da seçimin məhz abituriyentin sırf maraq və istəkləri ilə əlaqələndirmək düzgün olmazdı. Belə ki, arzu və istəklərin fərqli olması, gənclərin ən yaxşı bildikləri fənnin daha çox əhəmiyyət kəsb etdiyi ixtisas qrupuna üstünlük verməsi, valideyn və repetitor reaksiyası və təsiri, ödənişin olub-olmaması və ya azlığı, çoxluğu, regional xüsusiyyətlər, gələcəkdə işlə təmin olunmaq, erkən karyera qurmaq perspektivləri, keçid balının əlçatanlığı, plan yerlərinin limiti və digər şərtlər də abituriyentin ixtisas seçiminə təsirsiz ötüşmür".

Kamran Əsədovun sözlərinə görə, dünyada gedən qlobal prosesləri dərindən təhlil etdikdə o qənaətə gəlmək olar ki, bu fikirlər köhnəlib. 50 il bundan qabaq deyilsəydi, aktual görünərdi:

"Bir ara insanlar elə hesab edirdilər ki, texniki elmlər həlledici rol oynayır, humanitar sahəyə isə diqqət azalıb, arxa plana keçib. Hətta ortaya suallar çıxırdı ki, fəlsəfə elmdirmi, lazımdır, ya yox? Yeni qloballaşmanın gətirdiyi problemlər onu göstərir ki, beyni artıq informasiya ilə yükləyən elmlər sıradan çıxacaq. Hansılar ki, bir mövzunu öyrənmək üçün saysız -hesabsız nəzəriyyələri qədimdən indiyə kimi öyrədirlər. Bunlar insanın beynini lazımlı və lazımsız informasiyalarla yükləyir. Tələbələr elə kitab olur oxuyur, əzbərləyir ki, imtahan verib canını qurtarsın. Məsələn, "Ustad məktəbi"deyilən bir modelim var. Aşıq Ələsgər ustad yanında şagird olub. Heç bir universitet bitirməyib, amma yüzlərlə universitet qurtarandan savadlıdır. Daha dərindən bildiyi məsələlər var idi. Çünki ustad həmişə şagirdin beynində ən vacib informasiyaları yerləşdirir. Sonra beyin işləyir, özü qalan şeyləri dartıb gətirir. Çində, Yaponiyada qədimdən bu üsul öndə olub. Bunlar doğru strateji yoldur. Yəni prinsip belədir ki, beyində əsas, vacib baza informasiyalarını yerləşdirmək. Qalan şeyləri beyin özü axtarıb tapacaq. Yeni dövr bunu zəruri hesab edir. Buna görə hansı fənlərin sıradan çıxacağını bir-bir saymıram. O fənlər ki, faydasız informasiyalarla beyni doldurur onlar olmayacaq. Min illər əvvəl çox önəmli ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında gedilən yol aylarla, günlərlə ölçülür. Yəni, hazırda aprel ayını yaşayırıq, amma mayda elə güclü ixtira ola bilər ki, o bəşəriyyəti tamamilə dəyişsin. Məsələn, indi telefonlardan fotoaparat kimi istifadə edə bilərik. Amma 150 il foto sənayedə "Kodak", "Alfa" firmaları hegemon idi; lentli fotoaparatlar istehsal edirdilər. Amma son 10 ildə onların hamısı sıradan çıxdı, çünki rəqəmli fotaparatlar yarandı. Bu baxımdan gələcəkdə Azərbaycanda da hansısa ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq.

Ekspert deyib ki, 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik:

"Bir ali təhsil kifayət etmir. Məsələn, mən güman edirəm ki, gələcəkdə taksi sürücüləri yoxa çıxacaq. Çünki maşınlar elektronlaşacaq. Əslində, avtomobil olmayacaq, 4 təkər üzərində kompüter olacaq, yəni maşının sükanı olmayacaq. Buna görə şoferə ehtiyac qalmayacaq. Proqram olacaq, qoşacıq maşın özü bizi aparacaq. "Asan xidmət" çox şeyi dəyişdi. Onun kimi informasiya kommunikasiya sına dayanan yeni xidmətlər əmələ gələcək. Elektron hökümət olacaq ki, məmura çox da ehtiyac qalmayacaq. Bu problem televeziyalarda müzakirəyə qoyulmur. Bəs əhali necə dolanacaq? Variantlardan biri budur ki, 2 günlük istirahət həftəsindən 3 günə keçirilsin. 5,6 və bazar günlər insanlar işləməyəcək və yeni iş yerləri yaranacaq. Təbabət, təhsil sahələrində hələ texnoloji sinqulyarlıq görünmür. Əvvəlki üsulumuzla dərsimizi deyəcəyik. Amma burda yeni bir problem ortaya çıxacaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2474   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr