Əqli geriliyi olan yeniyetməyə dönər alıb, dənizdə təcavüz etdi

Əqli geriliyi olan yeniyetməyə dönər alıb, dənizdə təcavüz etdiSumqayıt şəhərində 1979-cu il təvəllüdlü Əziz yetkinlik yaşına çatmayan Eldənizə (adlar şərti göstərilib - red.) təcavüz edib.

Demokrat.az-ın məlumatına görə, Əziz 2021-ci ilin iyunun 15-dən həmin ilin iyulun 16-dək olan müddət ərzində, Sumqayıt şəhəri Xəzər Bağları yaşayış massivində yerləşən çimərlikdə öz cinsi ehtirasını təmin etmək məqsədi ilə on altı yaşına çatmayan epilepsiya və psixi xəstəliyi olan Eldənizə təcavüz edib.

Bir gün sonra o, Sumqayıtda öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Eldənizə qarşı yenidən seksual xarakterli hərəkətlər edib.

Hadisəni törədən Əzizin barəsində Cinayət Məcəlləsinin 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əziz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, Eldəniz yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlar massivində qonşuluğunda yaşayıb:

"Təxminən 10 il olar ki, uşaqlara qarşı ehtirasım yaranıb. Qonşuluğumda yaşayan Eldəniz təxminən 15 yaşındadır və bildiyim qədər onda epilepsiya və əqli geriləmə xəstəliyi var. Mən təxminən məlum hadisədən iki ay əvvəl, yəni may ayının sonlarından məhəllədə olduqda Eldənizin də yaxınlığımda gəzdiyini gördüm. Eldəniz xəstə olduğu üçün onunla zarafatlar etdim. Mənim getdikcə Eldənizə qarşı hisslərim yaranmağa və ondan xoşum gəlməyə, onu sevməyə başladım. Daha əvvəl həbsdə olmuşam. Bu müddət ərzində ümumiyyətlə qadınlara qarşı olan hissim ölüb. Bu səbəbdən artıq neçə il idi ki, qadınlara qarşı hər hansı hissim yaranmayıb. Eldənizə qarşı hissim yarandıqdan sonra onu özümə qarşı isindirməyə başladım. Birinci dəfə Eldənizi məhəllədə gördükdə yanıma çağıraraq ona dönər aldım. Onunla birlikdə məhəllədə olan oturacaqda oturdum. Eldəniz dönəri yediyi müddətdə ona baxıb ehtiraslandım".

Təqsirləndirilən şəxs qeyd edib ki, bu səbəbdən də əlləri ilə Eldənizin başından sığallayıb və boynundan, sifətindən öpüb:

"Eldənizin əqli geriliyi olduğu üçün heç nə başa düşmədi. Elə bildi ki, onu əzizləyirəm. Eldənizə qarşı mehriban olduğum üçün hər gün məhəlləyə çıxdıqda yanıma gəlib və mənimlə söhbət edib. Mən də yenə əvvəlki günlərdə olduğu kimi Eldənizin boynundan, sifətindən öpüb, qucaqlamışam və sığallamışam. Onları etdiyim zaman baxmışam ki, ətrafda heç kəs olmasın. Bir dəfə Eldənizə dənizə gedəcəyimi, mənimlə gəlmək istəyib-istəmədiyini soruşdum. Eldəniz də xəstə olduğu üçün mənə razılıq verib. Birlikdə yaşadığımız Sumqayıt şəhəri, Xəzər bağlarının aşağı hissəsində olan dənizə çimməyə getmişik. Dənizdə olduqda öz paltarlarımı çıxartdım və Eldənizə də köynəyini çıxartmasını və dənizə girməsini dedim. Birlikdə dənizə girib çimdik. Dənizdə olanda ona qarşı hisslərim oyandı. Mən öz cinsi tələbatımı ödəmişəm. Eldəniz xəstə olduğu üçün mənim nə etdiyimi başa düşməyib. Eldənizi arada öpəndə məni özündən kənarlaşdıraraq öpməyə qoymayıb. Amma çox vaxt ona heç nə deməmişəm. Bu qayda ilə təxminən 2021-ci ilin iyunun 15-dən həmin ilin iyulun 16-dək dörd-beş gündən bir ya dənizə getmişik, yada məhəllədə görüşmüşük".

Əziz qeyd edib ki, iyulun 16-da, saat 20 radələrində yaşadığı yerin yaxınlığında yerləşən "Çiraq" restoranına gedərək orada pivə içib:

"Təxminən yarım saatdan sonra oradan çıxaraq məhəlləyə getdim. Yolda Eldənizi gördüm. Həmin vaxt Eldəniz velosiped sürürdü. İçkili olduğumdan, həmdə Eldənizi sevdiyimdən onu görən kimi yenə ehtirasım oyandı. Eldənizi yanıma çağırdım və söhbət edərək kafenin arxasında olan yerə yaxınlaşdım. Eldənizlə birlikdə orada olan daşın üzərində oturduq. Eldənizi qucaqlamağa başladım. İlk öncə Eldəniz istəmədi. Mən həmin vaxt içkili olmuşam, heç nə xatırlamıram. Bizim yanımıza iki nəfər kişi gəldi. Həmin şəxslər mənə uşaqla nə etdiyimi soruşdular. Mən isə onlara oturub söhbət etdiyimi dedim. Lakin həmin şəxslər mənim Eldənizi öpdüyümü görmüşdülər. Bu səbəbdən onlar Eldənizə evə getməyi dedilər. Mən də Eldəniz getdikdən sonra evə doğru getməyə başladım. Evə gedən vaxt Eldənizin atası məni arxadan çağırdı. Bizi görən qonşular Eldənizin atasına olanları dedilər. Bu səbəbdən Eldənizin atası məni vurmaq istəyəndə qonşular onun qarşısını aldılar. Mən öz yaşadığım evə gəldim. İyulun 17-də səhər tezdən evdə olarkən polis əməkdaşları yaşadığım evə gələrək məni polis bölməsinə dəvət etdilər. Mən də polis əməkdaşları ilə bölməyə getdim. Hər şeyi olduğu kimi dedim".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əziz səkkiz il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl Əziz 2008-ci ildə Cinayət Məcəlləsinin 145.2.4 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə), 149.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama), 149.2.5 (təkrar zorlama), 150.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə mühakimə olunub. Ona həmin il 11 il cəza təyin edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1657   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi

Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirl

29 sentyabr
.

Vüsalın qətlinə görə cəmi 10 min veribmiş...

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham aktını elan edib. Xəyal Əli-Zadə 2013-c

28 sentyabr
.

Qubada 21 yaşlı oğlan müəmmalı şəkildə öldü

Qubada gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 29-u saat 01 radələrində Birinci Nügədi kəndində baş verib. 2005-ci il təvəllüdlü Cəfərov Səbuhi Azər oğlu yaşadığı evdə naməlum səbəbdən ölüb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyi

29 sentyabr
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

7 oktyabr
.

Naxçıvanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb

Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S.-nin məhkəmə prosesi başa çatıb. -a istinadla xəbər verir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dəhşətli faktlar üzə çıxıb. Məlum olub ki, qadının öldürdüyü körpəni onun öz qızı dünyaya gətirib. 52 yaşlı təqsirləndirilə

23 sentyabr
.

Vüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı

Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye

8 oktyabr
.

Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları - Video

Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:. 11:00. Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib. Baku TV-y

1 oktyabr
.

10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini

11 noyabr
.

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

Bu gün Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub. -a istinadən xəbər verir ki, insident rayonun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə zamanı Raqif Rəhimov (1996), Ravin Xəlilov (1996) və Sərvan Məsimov (1998) bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Əraziy

13 noyabr