Buranı Azərbaycan və Ermənistan əsgərləri birlikdə qoruya bilərlər – İLK DƏFƏ
Son vaxtlar Ermənistanda dərinləşən etirazların səbəblərindən biri də noyabr ayına qədər Azərbaycanla çərçivə sazişinin imzalanması ehtimalıdır. Hətta bunun ardınca Zəngəzur dəhlizinin açılacağı da ehtimal edilir. Regiona sülhün gəlməsi revanşistləri və havadarlarını narahat etdiyi üçün onlar qısa zamanda Ermənistanda hakimiyyət dəyişikliyinə çalışırlar.
Bəs erməni müxalifəti istəyinə çatmasa, yəni Paşinyan hakimiyyəti iqtidarda qalsa, bu il sülh imzalana bilərmi?
Globalinfo.az-a danışan politoloq Sahil Kərimli deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində müsbət irəliləyişlər var:
"Rəsmi Bakının konkret mövqeyi – Prezident İlham Əliyevin qətiyyətli bəyanatından aydın olur ki, sülh müqaviləsinin imzalanmasının əsas şərtlərindən biri də Ermənistan konstitusiyasında dəyişikliyin olmasıdır. Yəni ölkəmizə qarşı ərazi iddialarından əl çəkilməlidir. Yalnız bu halda iki ölkə arasında sülh müqaviləsi imzalana bilər. Ermənistanın bu bəyanatlardan dərs çıxaracağı və yaxın günlərdə referendum keçirəcəyi gözlənilir".
Politoloqun sözlərinə görə, sülh müqaviləsi imzalandıqdan sonra Zəngəzur dəhlizi açılacaq və bu ərazidə təhlükəsizliyi Bakı ilə İrəvan birlikdə təmin etməlidirlər:
"Bu dəhlizin təhlükəsizliyini isə Ermənistan təkbaşına üzərinə götürə bilməz. İrəvanın buna nə resursu, nə də imkanları var. Uzun illər Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanın dəhlizin təhlükəsizliyinə zəmanət verməsi mümkün deyil. Bu prosesdə Azərbaycan da iştirak etməlidir. Dəhliz təhlükəsiz və tam zəmanət halında olmalıdır. Çünki dünyanın bir çox ölkələri bundan istifadə edəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 984 Tarix: 10 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrRamiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabr