"Müasir texnologiya və son nəsil silahlara sahib olan Azərbaycan Ordusu adını dünya hərb tarixinə qalib ordu kimi həkk etdirib" - DEPUTAT
Bu il Azərbaycan Silahlı Qüvvələrinin 106 yaşı tamam olur.
Bununla bağlı Sonxeber.az-a danışan deputat qeyd edib ki, bu il 106 yaşını qeyd edəcəyimiz ordumuz torpaqlarımızı işğaldan azad etdi:
"Azərbaycan Ordusu gücünü və qüdrətini 44 günlük Vətən müharibəsindəki Zəfəri ilə sübut etdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib. Güclü və yüksək döyüş hazırlığına malik ordunun yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Məhz ulu öndər Heydər Əliyevin keçirdiyi uğurlu siyasət nəticəsində genişmiqyaslı islahatlar həyata keçirildi və peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdı. Bu gün ulu öndər Heydər Əliyev ideyalarını uğurla davam etdirən cənab prezident İlham Əliyevin qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti yüksəldi və maddi-texniki bazası möhkəmləndirildi. 17 il ərzində ordu quruculuğu sahəsində aparılan modernləşmə islahatları və edilən keyfiyyət dəyişiklikləri nəticəsində Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etdi.
2016-cı il Aprel döyüşlərdə düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızın bir hissəsini azad edən Azərbaycan ordusu gücünü və döyüş əzmini bütün dünyaya göstərdi. Aprel döyüşlərində əldə etdiyimiz qələbə xalqımızda orduya olan inamı və tezliklə torpaqlarımızın işğaldan azad olunma ümidini artırdı.
Aprel döyüşləri 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfər üçün bir başlanğıc oldu. Sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsi Müzəffər Azərbaycan Ordusunun hansı gücə qadir olduğunu göstərdi".
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsindəki parlaq qələbə və 1 günlük lokal xarakterli antiterror əməliyyatı ordumuzun qüdrətinin göstəricisi oldu:
"44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfər regionda yeni reallıq yarandı. Dövlət-xalq-ordu birliyinin yaratdığı güclə dövlətimiz BMT Təhlükəsizlik Şurasının 27 ildir icra olunmayan qətnamələri özü yerinə yetirdi. Müasir texnologiyalara, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə əldə etdiyi möhtəşəm zəfərlərlə adını dünya hərb tarixinə qalib ordu kimi həkk etdirib".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
Dəhşətli bir qış gəlir - Havalar...
Sosial müavinətlərlə bağlı AÇIQLAMA
Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Azərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK
Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Sentyabrın 2-ci yarısında hamı evinə qucaq dolusu sabun aparacaq - SƏBƏB?