"Valideyn uşağa telefon verib "başından edir", onlar cinayətə cəlb olunmalıdır" -Sosioloq

"Valideyn uşağa telefon verib "başından edir", onlar cinayətə cəlb olunmalıdır" -SosioloqSon zamanlar uşaqlarda aqressiv hallar artıb. Məktəblərdə bıçaqlanma halları və yeniyetmələr arasında mübahisələr bunu sübut edir. Bəs bunun səbəbi nədir. Valideyn uşaqları ilə düzgün münasibət qura bilirmi?

Məsələ ilə sosioloq Mətanət Məmmədova Sonxeber.az-a açıqlama verib.

Sosioloq valideyn nəinki evlərdə, hətta ictimai nəqliyyatda da uşaqların əlinə telefon verib, oyunlar oynamasına icazə verir:

"Bu gün cəmiyyətimizin əsas problerindən biri də valideynlərin uşaqları müharibə mövzulu oyunlara cəlb etməsidir. Uşağın başının qarışması üçün uçaqların bu oyunları oynamasına icazə verirlər Hər bir valideyn düşünməlidir ki, bu oyunlar gələcəkdə uşaqlarımza necə təsir edəcək. Bunu hiss etmək çətin deyil. Uşağın oynadığı oyunların səs küyündən bunu asandlıqla anlamaq olur. Vəhşiliyə, qəddarlığa sövq edən oyunlarla böyüyən uşağın sabahı necə olacaq. Bu valideynlər cinayətə cəlb olunmalıdır. Çünki, onlar gələcəyi məhv edirlər. Çünki valideyn övladını başqa maraq dairələrinə də cəlb edə bilər. Valideyn nəinki evlərdə, hətta ictimai nəqliyyatda da uşaqların əlinə telefon verib, oyunlar oynamasına icazə verir".

Valideyn başa düşmür ki, bu cür vəhşilik ehtiva edən oyunlar ətrafdakılara da pis təsir edir. Bu da onu sübut edir ki, bu insanlar normal valideyn deyillər. Hər yerdə deyilir ki, bu oyunlardan uşaqlar uzaq tutulmalıdır. Hər bir uşaq öz yaş həddinə görə əyləncələrlə məşğul olmalıdır. Valideyn cizgi filmlərə ilk növbədə özü baxmalı, düzgün olduğuna qərar verdikdən sonra uşağa izlətməlidir. Belə olarsa uşaqlarımız sağlam və gələcək üçün yaxşı vətəndaş kimi yetişə bilər".

M.Məmmədova bildirib ki, valideyn rahat televiziyaya baxmaq və ya dostları ilə danışmaq üçün uşağı "başından edir"

"Biz bu gün qəddarlığı, vəhşiliyi qan tökməyi, vuruşmağı özündə ehtiva edən oyunları övladlarımızın oynmağına icazə veririksə, bəli onların gələcəyi sual altındadır. Həmin uşaq gələcəkdə bağşada, məktəbdə, iş yerində özünü apara bilməyəcək. Dalaşmağa, kimdənsə özünü üstün tutmağa meyilli olacaqdır. Bunun da sonu cinayət olacaq. Bu gün məktəblərdə aqressivlik hissinin artmasının səbəbi valideynlərin övladılarına qarşı olan soyuq münasibətinin nəticəsidir. İntiharların çoxalmasının səbəbi məhz bu tip oyunlardır. Bu oyunlar uşağı vəhşi qəddar mühitdə böyüdür.

Valideyn rahat televiziyaya baxmaq və ya dostları ilə danışmaq üçün uşağı "başından edir". Belə bir şey ola bilməz. Bu məsələdə günah da vəzifədə anaların üzərinə düşür. Çünki adətən uşaqlar anaların yanında qalır. Adətən evdə ata işləyir, uşaq ana ilə qalır. Ona görə də uşaqların tərbiyəsinə ana cavabdehdir. Əgər ata belə tip oyunları evə alıb gətirirsə, ana onunla mübarizəyə çıxmalıdır. Yeri gəlsə onu məhkəməyə də verməlidir. Yalnız bu halda övladlarımızı aqressiyadan uzaq tuta bilər və gələcək üçün onlara sağlam təminat verə bilərik. Bəzən ana uşağı gəzməyə belə çıxarmır, telefonu uşağın əlinə verib, başlarından edirlər. Bu zaman da uşaq istədiyi oyuna girir. Nəticədə isə onda aqressivlik yaranır. Bu böyük cinayətdir. Bu tip valideynlər məhkəməyə verilməlidir. Uşaqlar bizim gələcəyimizdir. Onların hər birinin yetişməsi nəinki ata-ananı , cəmiyyətin hər bir üzvünün vəzifəsidir".

Gülcahan Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1023   Tarix: 10 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr