Hərbçilər komandirlərin məsuliyyətsizliyi ucbatından İTKİN DÜŞÜR- AÇIQLAMA

Hərbçilər komandirlərin məsuliyyətsizliyi ucbatından İTKİN DÜŞÜR- AÇIQLAMAXəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. Erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyini yazıb. "Sputnik Ermənistan" bildirib ki, hərbçimiz Dərələyəzin Areni kəndi yaxınlığında saxlanılıb. Məlumatı rəsmi olaraq hələlik nə Ermənistan Müdafiə Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti təsdiqləyib.

Artıq neçənci dəfədir ki, hərbçilərimiz yolunu azaraq itkin düşür. Bəs hərbçilərin itkin düşərək yolu azmasında məsuliyyət kimin üzərindədir? Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Baş vermiş hadisə hər birimizi narahat edir. O, bildirib ki, Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun ərazisində yaşanan ilk hadisə deyil:

"Ötən müddətdə bizim üç əsgərimiz bu ərazidən yolu azaraq Ermənistan tərəfinə keçmişdir. Sonuncu dəfə Aqşin Bəbirov və Hüseyn Axundov ilə bağlı çox böyük narahatlıqlar oldu. Onlara qarşı qondarma cinayət işi qaldırıldı. Amma şükürlər olsun ki, Azərbaycan dövləti əsgərinə sahib çıxdı və nəticədə ermənilər qondarma cinayətləri ləğv etdilər. Əsgərlərimiz Azərbaycana geri qaytarıldı. İndi də əsgərimiz Ermənistan tərəfə yolu azaraq keçib. İlkin məlumat hal-hazırda budur. Rəsmi məlumat olmasa da yenə də təxmin edirəm ki, yəqinki hava şəraiti ilə bağlı bu hadisə baş verib. Günnüt yaşayış məntəqəsi istiqaməti bir müddət ermənilərin nəzarətində olub. Ötən illərdə Azərbaycan Ordusu əməliyyat keçirərək həmin əraziləri nəzarətə götürüb. Yəqinki aşağı komandirlərin - bölük yaxud manqa səviyyəsində olan komandirlərində məsuliyyəti var. Bununla bağlı araşdırmalar aparılacaq".

Ekspertin sözlərinə görə, gələcəkdə belə halların baş verməməsi üçün ciddi addımlar atılmalıdır. Yəqinki kiçik komandirlərin məsuliyyətsizliyi ucbatından bu hal baş verib:

"Əlbəttə ki, buna hüquqi qiymət verilməlidir. Keçən ildə bizim iki əsgər ilə bağlı bildirdim ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanlığı baş vermiş hadisələrdən ciddi nəticə çıxarmalı idi. Əfsuslar olsun ki, bəlkə də daxildə hansısa bir addımlar atılıb. Geniş ictimaiyyətə bu haqda məlumat verilməyib. Bu cür halların qarşısı alınmalıdır. Komandirlər son dərəcə ehtiyatlı olmalıdır. Mən başa düşürəm ki, təbiətin özünün bəzi qanunauyğunluqları var. Dumanlı hava şəraiti olub və yolu azmaq ehtimalı var. Nə olursa olsun, elə etməliyik ki, əsgərimiz düşmən tərəfə keçməsin və ermənilərdə bundan bizə qarşı istifadə etməsin. Hər halda ümid edirəm ki, yaxın saatlarda xoş niyyət nümayiş etdirərək Azərbaycana qaytaracaq. Onların əsgərimizi qaytarmamağı üçün heç bir əsas yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1437   Tarix: 10 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr