"X" virusunun yayılması və ikinci pandemiya ehtimalı barədə XƏBƏRDARLIQ

"X" virusunun yayılması və ikinci pandemiya ehtimalı barədə XƏBƏRDARLIQYoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssislərin fikrincə, planetdəki insanların çoxu həyatları boyu COVID-19-a bənzər başqa bir pandemiyanın şahidi olacaqlar, çünki onlar getdikcə daha çox yaxınlaşan "X" adlı naməlum patogen ilə mübarizə aparmaq üçün hələ də zəif təchiz olunublar. Bu səbəbdən həmin virus bütün dünyada sürətlə yayıla bilər.

Trend Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına istinadla xəbər verir ki, 2018-ci ildə "X" xəstəliyi terminini ciddi beynəlxalq epidemiyaya səbəb ola bilən, hazırda naməlum olan yoluxucu xəstəliyə istinad etmək üçün istifadə edilib. Qlobal ekspertlər deyirlər ki, növbəti pandemiya yaxınlaşır və o, hazırda elmə məlum olmayan patogen tərəfindən törədilə bilər.

Bir iddiaya görə, COVID-19 qlobal iqtisadiyyatları diz çökdürən, milyonlarla insanın həyatına son qoyan və pandemiyaya hazırlıqda qlobal zəiflikləri üzə çıxaran ilk "X" virusu xəstəliyi idi.

London İmperial Kollecinin Jameel İnstitutunun Epidemiologiya üzrə tədqiqatçısı Tomas Rouson bildirib ki, gələcəkdə baş verəcək epidemiyanın şiddəti məlum deyil, lakin o, COVID-19-dan daha ölümcül ola bilər. Onun sözlərinə görə, pandemiyalar getdikcə daha çox yayılır. "Əhalinin sayı artdıqca və bununla da heyvan xəstəlikləri mənbələri ilə qarşılıqlı əlaqə çoxaldıqca, yeni patogenin ortaya çıxma riski də çox olur. Güman ki, bir çoxumuz həyatımız boyu başqa bir qlobal pandemiyadan şəxsən təsirlənəcəyik", -deyə tədqiqatçı qeyd edib.

Tomas Rouson vurğulayıb ki, dünya təkcə müalicələr, peyvəndlərlə deyil, həm də çevik reaksiya ilə yeni pandemiyaya hazır olmalıdır.

Xüsusiyyətləri hələ də naməlum qalsa da, ekspertlərin fikrincə, 'X" epidemiyası çox güman ki, əvvəlki pandemiyaların qlobal miqyasda yayılmasına imkan verən bəzi əsas əlamətləri ehtiva edəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1096   Tarix: 11 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr