Pensiyaçılara şad xəbər: Bu tarixdə artım olacaq!

Pensiyaçılara şad xəbər: Bu tarixdə artım olacaq!Hazırda Milli Məclisin növbədənkənar sessiyası davam edir. Sessiyanın gündəliyində çoxlu layihələr var. Bu gün də bizim komitənin iclasında iki vacib məsələ müzakirə olunacaq. Şəhid adının əbədiləşdirilməsi haqqında qanuna dəyişiklik nəzərdə tutulur. Bu, vacib dəyişiklikdir. Çoxdandır bir qrup vətəndaş bu problemlə üzləşirdi. Bununla bağlı bizə də müraciətlər edilirdi.

Yenisabah.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin imzası ilə həmin qanun layihəsində dəyişikliklərin edilməsi ilə bağlı parlamentə məktub göndərilib: SEO Nədir

"İndiyə qədər bu problem ondan ibarət idi ki, əgər şəhidin həyat yoldaşı ev növbəsində dayanıbsa və dünyasını dəyişirdisə, övladları artıq 18 yaşı ötübsə, yəni şəhid ailəsi statusunu itirirdisə, artıq o ev növbəsində saxlanıla bilmirdi. Belə olan halda onlar mənzillə təmin olunmurdu. İndi bu qanuna dəyişiklik edilir. Artıq şəhid ailəsi üzvü kimi növbəyə dayanmış şəxs dünyasını dəyişəndə yaşından və statusundan asılı olmayaraq həmin mənzil növbəsi ailənin digər üzvləri üçün saxlanılır. Bu da sözsüz ki, ciddi bir dəyişiklikdir. Ölkə başçısının şəhid ailələrinə diqqət və qayğısının təzahürüdür".

Komitə sədri eyni zamanda Əmək Məcəlləsinə və digər oxşar qanunlara da çox ciddi dəyişikliklərin nəzərdə tutulduğunu söyləyib:

"Bu dəyişikliklərin əsas məqsədi əmək müqavilələrinin bağlanması, əmək münasibətlərinin tənzimlənməsində tam elektron sistemə keçidlə bağlıdır. Kağız daşıyıcılar tamamilə aradan qalxır. İşə götürənlə, işçi arasında bütün məlumatlar elektron sistem vasitəsi ilə olacaq. Əlavə sənəd toplamaq zərurəti yaranmayacaq. Eyni zamanda işçi və işə götürən arasında bütün münasibətlərin daha şəffaf, operativ tənzimlənməsinə səbəb olacaq. Bu sözsüz ki, elektron hökumət sisteminin qurulmasına böyük töhfədir".

Musa Quliyev müavinətlərin artırılması ilə bağlı məsələyə də toxunub:

"Bu ilin dövlət büdcəsində bununla bağlı layihə nəzərdə tutulmayıb. Artımlar daha çox Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq və məskunlaşma prosesinin sürətlənməsinə, hərbi güc və təhlükəsizlik məsələsinə yönələcək. Eyni zamanda orta aylıq əməkhaqqının artımı nəzərdə tutulur. Yəni bu il orta aylıq əməkhaqqı 990 manat olacaq. Bu artımın nəticəsində gələn ilin əvvəlində pensiya və müavinətlərdə artımın olacağı planlaşdırılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2731   Tarix: 14 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021