"Naxçıvan istiqamətində atəşkəsin pozulması Ermənistan daxilində baş verən ictimai-siyasi proseslərlə bağlıdır" - DEPUTAT
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.Qeyd olunub ki, iyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi pozması, ölkə daxilində baş verən ictimai-siyasi proseslərlə bağlıdır:
"Artıq iki aydır ki, keşiş Baqrat Qalstyanın Tavuş bölgəsindən başlatdığı və İrəvanın mərkəzinə keçirdiyi etiraz aksiyaları davam edir. Keşişə dəstək verənlər, keçmiş kriminal Qarabağ klanı, daşnak-millətçiləri və bəzi xarici qüvvələrə bağlı revanşist diaspora nümayəndələridir. Faktiki olaraq, cəmiyyət iki hissəyə bölünüb. Hakimiyyət, ABŞ və kollektiv Qərb, müxalifət isə, Rusiya tərəfindən dəstəklənir. Deməli, əsas mübarizə, iki bir-birinə zidd geosiyasi güc arasında gedir. Meydanda, eyni zamanda, ordunun daxilində, hər birinin tapşırıqlarını yerinə yetirən həmin təxribatçı qüvvvələr, lazım olan anda öz çirkin işlərini görürlər. Əsas məsələnin kökündə, bütövlükdə Cənubi Qafqaz regionunu nəzarətdə saxlamaqdan ibarətdir. Düşünmürəm ki, bu tipli lokal təxribatlar, geniş miqyaslı müharibəyə səbəb olsun. Ermənistanın, bizimlə müharibə etməsi üçün, nə hərbi, nə də ki, iqtisadi potensialı yoxdur. Nə qədər ki, Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyib, konstitusiyasında dəyişikliklər etməyib, təxribatlar istisna olunmur. Sülhə aparan yeganə yol, sülh müqaviləsinin imzalanmasıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 872 Tarix: 14 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021