Ziya Kazımovun ailəsi Ali məhkəməyə xasiyyətnamə göndərilməsi üçün Kərim Vəliyevə müraciət etdi

Ziya Kazımovun ailəsi Ali məhkəməyə xasiyyətnamə göndərilməsi üçün Kərim Vəliyevə müraciət etdi44 günlük "Vətən müharibəsi", "Lokal Antiterror" əməliyyatları iştirakçısı, müharibə veteranı polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlunun həyat yoldaşı Gülməmmədova Ülkər Bəhruz qızı Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərəm Vəliyevə müraciət edib.

"Unikal" xəbər verir ki, zabitin həyat yoldaşı müraciətində Ali məhkəməyə Z.Kazımovun onun qüsursuz hərbi xidmətləri ilə bağlı xasiyyətnaməsini göndərilməsini xahiş edib:

"Mənim həyat yoldaşım polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlu 23.08.2001-ci il tarixindən Azərbaycan Ordusu sıralarında qüsursuz xidmət edir. Qüsursuz xidmətlərinin göstəricisi olaraq Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrləri ilə 2012-ci il tarixində "Qüsursuz Xidmətə görə" 3-cü dərəcəli medalı ilə, 2-17-ci il tarixində "Qüsursuz Xidmətə Görə" 2-ci dərəcəli medalı ilə, 2023-cü il tarixində "Qüsursuz Xidmətə görə" 1-ci dərəcəli medalı ilə təltif olunub. Müdafiə Nazirliyinin tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə, 2-ci Ordu Korpusunun snayper bölməsində, kəşfiyyat taborunda, əməliyyat taborunda, komando bölməsində fərqlənmə ilə xidmət edib. Vətənə 23 illik xidməti dövründə əmr və tapşırıqları layiqincə yerinə yetirdiyi üçün Müzəffər Ali Baş Komandanımız, Sizin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabit heyəti tərəfindən dəfələrlə təşəkkür, fəxri fərman, qiymətli hədiyyə və medallarla təltif olunub.

Müdafiə nazirinin 26 iyun 2020-ci il tarixli əmri ilə "Hərbi Xidmətdə Fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.

2006-2015-ci il tarixlərində xüsusi təyinatlı müxtəlif növ məxfi tapşırıqları yerinə yetirib.

2016-cı il tarixində Aprel döyüşlərində iştirak edib.

2016-2018-ci il tarixlərində müxtəlif snayper tapşırıqlarını yerinə yetirib.

2020-ci il 44 günlük Vətən müharibəsində iştirak edərək düşmənin 30 il ərzində möhkəmləndirdiyi "Ohanyan" səddini ilk yaran hərbi hissənin komandiridir. Səddin yarılmasını və ilk düşmən mövqeyinin geri alınmasını mənim həyat yoldaşım məruzə edib. Müzəffər Ali Baş Komandanımızın "İRƏLİ" əmri ilə 2-ci Ordu Korpusunun komandiri general-leytenant Mayis Bərxudarovun, Milli Qəhrəman şəhid polkovnik Şükür Həmidovun sərəncamında "Lələ-İllah" dağının qarşısındakı və solundakı mövqe və yüksəklikləri, düşmənin Araz çayı boyunca möhkəmləndirdiyi ön xətt mövqelərini, həmçinin digər hərbi hissələrin köməyinə gedərək kənd Horadiz və Nüzgar kəndləri istiqamətində Ordumuzun hərəkətini 6 gün ərzində məhdudlaşdıran düşmənin 1-ci və 2-ci eşalonda yerləşən ardıcıl 3 mövqeyini bir günə darmadağın edərək hücumu davam etdirib.

Mehdili, Koroğlu, Şeybey, Qıycaq, Daşkəsən, Balyand kənlərinin və Cəbrayıl rayonunun işğaldan azad olanması uğrunda döyüşüb.

Qaranollu, Yuxarı Güzlək, Qarazıllı, Xatınbulaq, Mollavəlili, Qarabazar, Yuxarı və Aşağı Rafadanlı, Yal Pirəhmədi, Xələfşə kəndlərini, Şabandağ, İlandağ və digər yüksəklikləri öz hərbi hissəsi olan əməliyyat taboru ilə düşməndən təmizləyərək işğaldan azad edib.

Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzulu magistral yolunu düşməndən azad edərək ələ keçirib, bununla da düşmənin bir istiqamətdə irəliləməsini tamamilə dayandıraraq Hadrutun düşməndən təmizlənməsində, işğaldan azad olunmasında uğrunda döyüşüb.

Kürdlər, Gecəgözlü, Ayıbasan, Seyidəhmədli kəndlərində gedən döyüşlərdə və düşməndən təmizlənməsində iştirak edərək, Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşüb.

27.20.2020-ci il tarixindən Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin sərəncamında, "Vətən Müharibəsi Qəhrəmanı" general-mayor Zaur Cavanşir, "Vətən Müharibəsi Qəhrəmanı" general-mayor Kənan Seyidovun əmrləri ilə Xocavənd rayonunun Tuğ, Meçtaxlar kəndindən keçməklə Şuşa istiqamətində, meşə və dağ yollarından hərəkət edərək Çanaxçı, Dəmirçilər, Siqnax kəndlərinin, Şuşakənd istiqamətində yüksəkliklərin ələ keçirilməsi və işğaldan azad edilməsi uğrunda döyüşməklə düşmənin diqqətini öz üzərinə çəkərək XTQ-nin Şuşaya girməsinə şərait yaratmışlar. Şuşa istiqamətində hərəkət edən əməliyyat qrupları digər hərbi hissələrlə birlikdə Şuşaya daxil olaraq qələbə qazanılıb.

44 günlük Vətən müharibəsi zamanı beş dəfə yaralansa da, yanlız ikisində döyüşçülər tərəfindən yaralı halda hospitala döyüş sahəsindən təxliyyə olunmuş, hospitalda ayıldığı zaman uzunmüddətli müalicəni qəbul etməyib döyüşə qayıdaraq döyüşmüşdür. Digər 3 (üç) yaralanmada döyüş sahəsini tərk etməyib.

Vətən müharibəsi zamanı verilən döyüş tapşırıqlarının yerinə yetirilməsi və iştirakı nəzərə alınaraq 30.09.2021-ci tarixində 212 nömrəli hərbi hissənin komandiri general-leytenant Mais Bərxudarov tərəfindən "Şuşa uğrunda", Cəbrayıl", "Xocavənd", "Füzuli" rayonlarının azad edilməsi, "Cəsur döyüşçü", "İgidliyə görə", "Şücaətə görə" medalları və "Rəşadət" ordeninə layiq görülüb.

Bununla bağlı müqafiq sənədlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsi üçün hazırlanmış və 212 nömrəli hərbi hissəyə təqdim edilib.

19 sentyabr 2023-cü il tarixində "Lokal Antiterror" əməliyyatında öz komanda taboru ilə Qırmızıbazar, Xankəndi yolunu bağlayaraq Xocalı istiqamətində döyüşüb. Altıncı dəfə burada yaralanıb, lakin yenə də döyüş sahəsini tərk etməyərək döyüşə davam edib. Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşən həyat yoldaşım Vətən müharibəsində olduğu kimi "Lokal Antiterror" əməliyyatlarında da ordenə layiq görülmüşdür. İkincə dəfə fərqli ordenə layiq görülməsi münasibətilə hazırlanmış sənədlər 212 nömrəli hərbi hissəyə təqdim edilib. Lakin uzun müddət təltif olunacağını gözləsək də, bu günə qədər "Müharibə iştirakçısı" medalı xaric, heç bir medal və ordenlə təltif edilməyib.

Bu qədər gözəl, çətin və şərəfli döyüş yolu keçən XTQ mənsubu, snayper, paraşüt-desantçısı, kəşfiyyatçı, komando olan bir Azərbaycan zabiti, müharibə veteranı həyat yoldaşım polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlunun tabeliyinizdə ola-ola günahsız olduğunu bildiyiniz halda, tutulmasına göz yumulub, hazırda məhkum həyatı yaşamasına laqeyd qalmısınız.

Nə Sumqayıtda keçirilən Bakı Hərbi Məhkəməsində, nə də Apelyasiya məhkəməsində Müdafiə Nazirliyi və Siz tərəfdən heç bir köməklik edilməyib. Belə bir döyüş yolu keçən zabitə kömək etməyib, kimə edəcəksiniz? O, xidməti ilə bağlı hara getsə, bizim ailə də ora yerləşib. Axırıncı xidmət yeri Hadrut olub. Mən indi himayəmdə olan iki azyaşlı uşaqla hazırda Beyləqan rayonunda kirayə evdə qalıram. Oğlum Metexaqan 2023-cü ildə keçirdiyi əməliyyatla bağlı hərəkət məhdudluğu var. 23 il ev-eşik üzü görməyən, Vətəni üçün canından-qanından, ailəsindən keçən döyüşçü indi məhkum həyatı yaşayır. Sizdən mənim həyat yoldaşımın, Şanlı Azərbaycan Ordusunun zəfər çalmış zabitinə əlinizdən gələn köməklik etmənizi, günahsız olaraq məhrum olunduğu işdə bəraət almasına və ya işinin yüngülləşdirilməsinə köməklik etməyinizi, bu işi nəzarətə götürməyinizi və onun hərbi xidmətləri ilə bağlı xasiyyətnaməsini Ali məhkəməyə göndərməyinizi xahiş edirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2176   Tarix: 14 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək"

Son vaxtlar skuterlərin iştirakı ilə baş verən qəzaların artması təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Sirr deyil ki, skuterdən istifadə edənlər arasında yeniyetmə və gənclər kifayət qədər çoxdur. Yeni tədris ilinin başlaması ilə skuterlərdən istifadənin də artacağı ehtimal olunur. Bəs arta

13 sentyabr
.

"Tənha, kimsəsiz insanlar da var, övladları olanlar da" - Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?

Azərbaycanda qocalar evlərinə yerləşdirilən yaşlıların sayında azalma müşahidə olunur. Halbuki son illərin sosial-iqtisadi çətinlikləri - pandemiya, müharibələr və ümumilikdə cəmiyyətdə baş verən dəyişikliklər fonunda ailəsindən ayrı düşən, övladları tərəfindən tərk edilən yaşlıların sayının artacağ

13 sentyabr
.

Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq

Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı

11 sentyabr
.

Qarabağda yeni reallıq: Azərbaycan diplomatik korpusa cavabı sözlə yox, faktlarla verir

Hikmət Hacıyevin müşayiəti ilə keçirilən növbəti səfər - Azərbaycanın Qarabağ siyasətinin beynəlxalq auditoriyaya yerində nümayişi.Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur siyasətində daha bir mühüm diplomatik mərhələ başlayıb. Sentyabrın 11-də Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xaric

12 sentyabr
.

"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK

Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"

13 sentyabr
.

Bu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)

2026-cı ilin yayında Azərbaycanda dənizdə baş verən boğulma hadisələri arasında cəmiyyətə tanış simaların da adları yer alıb. Bu il dənizdə həyatını itirənlər sırasında media əməkdaşı, müstəntiq və müğənni də olub. Qaynarinfo -a istinadən həmin şəxsləri xatırladır:. Məqsəd Məmmədli. Bu il dənizdə həyatın

12 sentyabr
.

"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

"Toyota Bakı Mərkəzi"nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. Məlum olub ki, Vüsal 2014-cü ildən həmin şirkətdə çalışı

12 sentyabr
.

Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video

Ötən gecə Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi "Mercedes Vito" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markal

12 sentyabr
.

"Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b

11 sentyabr