Bacısının azyaşlı qızı ilə dəfələrlə intim münasibətdə oldu - TƏFƏRRÜAT

Bacısının azyaşlı qızı ilə dəfələrlə intim münasibətdə oldu - TƏFƏRRÜATŞəmkir rayonunda 1986-cı il təvəllüdlü Elmar bacısının yetkinlik yaşına çatmayan qızı Lətifəyə (adlar şərti verilib - red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Elmar 2015-ci ildən başlayaraq bacısının azyaşlı qızı Lətifə ilə intim əlaqədə olub. O, ilk dəfə 2015-ci ilin iyul ayının birinci ongünlüyündə, istintaqa dəqiq bəlli olmayan vaxtda, gecə saat 1 radələrində cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə nənəsinin himayəsində yaşayan azyaşlı bacısı qızı Lətifənin köməksiz vəziyyətindən və birgə yaşadıqları evdə həmin vaxt ailə üzvlərinin olmamasından istifadə edib, ona qarşı seksual xarakterli hərəkətlər edib.

Həmin vaxt sərxoş olan Elmar bacısı qızına zor tətbiq edib, onun əl-qoluna yumruq zərbələri vurmaqla və əllərini arxadan qolları ilə tutaraq zorla soyundurub, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Yay aylarında bacısı qızı ilə daha bir dəfə cinsi əlaqəyə girib.

Daha sonra Elmar iki il bacısı qızı ilə cinsi əlaqədə olmayıb. Növbəti dəfə 2017-ci ildə cinsi əlaqədə olub. Bacısı qızı ilə 2018-2020-ci illərdə də zorla cinsi əlaqəyə girib.

İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama), 149.2.5 (təkrar zorlama) və 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

"İçkinin təsirindən oldu"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, subaydır, anası Elmira və bacısı qızı Lətifə ilə birlikdə Şəmkir rayonunun kəndində yaşayıb:

"İlk dəfə 2015-ci ilin iyul ayının birinci ongünlüyündə gecə saat 1 radələrində sərxoş olarkən Lətifə ilə qeyri-təbii yolla cinsi əlaqədə oldum. İkiotaqlı evimizdə televizor mənim yatdığım otaqdadır. Lətifə mənim otağımda televizora baxırdı. İçkinin təsirindən onunla olmaq istədiyimi bildirdim. Lətifə bunu anlamadı.

Dediklərimə əməl etmədiyindən içkinin təsirindən zor tətbiq edərək, yəni onun əl-qoluna yumruq zərbələri vurmaqla və əllərini arxadan tutaraq sıxmaqla zorla əynindəki paltarları çıxardım. Çarpayıya uzadaraq qeyri-təbii yolla cinsi əlaqədə oldum. Həmin vaxt Lətifə bir az qorxdu və əlləri əsməyə başladı. Bundan sonra isə getdi".

"Ağlamağa başladı"

Elmarın sözlərinə görə, Lətifənin anasının ölümündən sonra, yəni təxminən 2015-ci il tarixdə onunla yenidən arxadan qeyri-təbii yolla cinsi əlaqəyə girib: "Onda içkili deyildim. Lətifə öz otağında yatmışdı, ora daxil olaraq fiziki güc tətbiq etdim, əl-qoluna yumruq zərbələri, üzünə şillə vuraraq zorla əynindəki şalvarı çıxardım, özümün də əynimdəki şalvarı aşağı saldım.

Lətifə ağlamağa başladı. Əl-qolunu burub "mənimlə olmalısan" deməyimə baxmayaraq, o razılaşmadı. Fiziki cəhətdən güclü olduğum üçün istəyimə nail oldum. Lətifəni çarpayının üzərinə üzü üstə uzadaraq zorla qeyri-təbii yolla cinsi əlaqədə oldum".

"Yumruq zərbələri ilə vurdum"

Elmar qeyd edib ki, 2017-ci il avqustun 20-də, Lətifənin ad günündən bir gün sonra günorta saatlarında yenidən qeyri-təbii yolla onunla cinsi əlaqədə olub: "Bu dəfə də Lətifənin razılığı olmadı. Etiraz edib müqavimət göstərsə də, mən fiziki güc tətbiq edib əynindəki donu aşağı çəkdim. Lətifə qışqırmağa və müqavimət göstərməyə başladı. Sakitləşsin deyə yumruq zərbələri ilə onu vurdum.

Lətifə ağlamağa başladı və ayaqları əsdi. Əynində olan paltarları yatdığı otaqdakı paltaryuyan maşına atdım".

Elmarın sözlərinə görə, 2019-cu ildə evdə anası olmayan zaman Lətifənin onun otağında televizora baxdığını görüb: "Dəfələrlə Lətifəyə "mənimlə olmalısan" dedim. O, həyəcanlı şəkildə ağlamağa başladı. Özümdən çıxdım, Lətifəyə fiziki güc tətbiq edərək, yəni qolundan dartmaqla üzünə şillə vurdum, əynində olan koftanı aşağı salaraq zorla çarpayının üzərinə üzü üstə uzatdım. Zorla onunla cinsi əlaqədə oldum".

"Məni öldürəcəklərini düşündüm"

Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti dəfə 2020-ci ildə evdə anası olmayan zaman Lətifəyə tərəf gedərək onunla olmaq istədiyini bildirib: "Ona baxdıqca cinsi ehtirasım oyandı. Bu dəfə təbii yolla cinsi əlaqədə olmağı beynimdə canlandıraraq ona yaxınlaşdım. Lətifənin təbii yolla cinsi əlaqəyə razılıq verməyəcəyini bildiyim üçün aramızdakı intim münasibət barədə kiməsə xəbər verəcəyi təqdirdə haqqında rüsvayedici məlumatlar yayacağımla onu hədələdim. Bundan sonra fiziki zor tətbiq edərək Lətifə ilə cinsi əlaqədə olmağa başladım.

Fiziki cəhətdən güclü olduğum üçün Lətifə müqavimət göstərə bilmirdi. Lakin bu dəfə ciddi şəkildə müqavimət göstərməyə və məni özündən uzaqlaşdırmağa çalışdı. Ucadan qışqıraraq "kömək edin" deyə yalvarmağa başladı. Qışqırtıya qonşuların gələcəyini düşündüyüm üçün Lətifənin ağzını əlimlə tutdum. Zorla əlinə-qoluna vura-vura, güc tətbiq edərək müqavimətini qırdım. Lətifə ilə təbii yolla cinsi əlaqədə oldum, onun bakirəliyini pozdum.

Lətifə qorxmağa və titrəməyə başladı. Mən özüm də qorxdum. Məsələni el-oba biləndə məni öldürəcəklərini düşündüm. Bu səbəbdən bacım qızını yenidən qorxudaraq aramızda olan intim münasibət barəsində kiməsə desə, onun özü üçün pis olacağını və onu biabır edəcəyimi bildirdim".

Elmar qeyd edib ki, həmin il bacısı qızı Lətifə ilə yenə də fiziki güc tətbiq edərək təbii yolla cinsi əlaqədə olub.

"Açıqca "Mənimlə olmalısan" dedi"

İş üzrə zərərçəkmiş Lətifənin sözlərinə görə, Türkmənistan Respublikasında doğulub, atasının kimliyi barədə anası mərhum Lalədən eşidib, atasını şəxsən görməyib:

"Anam 2015-ci ildə xəstəlikdən vəfat etdi. Hazırda nənəm Fatimənin evində yaşayıram. 2015-ci il iyul ayının birinci ongünlüyündə gecə saat 1 radələrində dayım Elmar içkili vəziyyətdə evə gəldi. Evdə heç kəs yox idi. Anam müalicə məqsədilə nənəmlə birlikdə Bakı şəhərinə getmişdi.

Dayım birbaşa televizor olan otağa, mənim yanıma gəldi. Açıq-aşkar "sən mənimlə yatmalısan" dedi. Dayımın dediyini başa düşərək "nəyə görə mən səninlə yatmalıyam?" cavabını verdim. Bundan sonra, məni zorla yanına tərəf çəkərək əl-qoluma yumruq zərbələri vurdu, "mənimlə olmalısan" deyə üstümə qışqırdı. Mane olmağa çalışsam da, buna nail ola bilmədim.

Elmar zor tətbiq edərək əynimdəki paltarları çıxardı. Mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Sonra üzərimə qışqıraraq çarpayını səliqəyə salmağımı tapşırdı. Ondan qorxduğum üçün dediyinə əməl etdim. Əllərim əsərək ağlamağa başladım. Sonra otağıma keçdim, ağlayaraq və əllərim əsə-əsə yerimə uzandım".

"Öz otağımda yatmışdım"

Zərərçəkmiş qeyd edib ki, Elmarın bu əməlləri yenidən törədəcəyini düşündüyunə görə qapını arxadan bağlayıb və yatmağa çalışıb: "Növbəti gün Elmar yuxudan qalxaraq heç bir söz demədən getdi.

Anam 2015-ci ilin iyul ayının 2-də vəfat etdikdən və anamın 40 mərasimi keçirildikdən sonra, təxminən 2015-ci ilin sentyabr ayının 15-də saat 15 radələrində dayım Elmar yatdığım otağa daxil olaraq mənə yaxınlaşdı. Evdə heç kim yox idi. Nənəm Fatimə Şəmkir bazarına getmişdi. Mən də öz otağımda yatmışdım. Elmar məni yuxudan oyadaraq "mənimlə olmalısan" deyə qışqırdı və fiziki güc tətbiq etməklə, əl-qoluma yumruq zərbələri, üzümə şillə vuraraq zorla əynimdəki şalvarı çıxardı. Mən ağlamağa başladım. Dayımın əlindən qaça bilməyəcəyimi anladım. Mənimlə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə oldu".

Zərərçəkmiş daha sonra ifadəsində dayısı Elmar tərəfindən 2017-ci ilin avqustun 20-də təcavüzə məruz qalması barədə danışıb. O, ifadəsində dayısının onunla 2019 və 2020-ci illərdə zorakılıq yolu cinsi əlaqədə olduğunu deyib. Bu illər ərzində dayısının ona təcavüz etməsini çırpaqlığı ilə danışıb: "Mən artıq nə edəcəyimi bilməmişəm. Hər dəfə bu cinsi münasibət baş verdikcə öz-özümə düşünmüşəm ki, bunu nənəmin və bibimin yanında desəm, günahkar özüm hesab olunacağam. Ona görə də, qorxudan hər şeyi gizlətdim".

"Başıma gələnləri danışdım"

Zərərçəkmiş qeyd edib ki, sonrakı illərdə nənəsi və bibisinin razılığı əsasında Elvin adlı şəxslə tanış olub: "Elvin Mingəçevir şəhərində yaşayırdı. Uzaq qohumumuzun yas mərasimində onun anası məni bəyənəndən sonra tanış olduq. Mənim də Elvindən xoşum gəldi.

Elvin mədəni və istiqanlı bir insandır, məni evlənmək məqsədilə qaçırdı. Təxminən 2-3 gün sonra mən başıma gələnləri Elvinə danışıb ağlamağa başladım. O da olanları bibimə danışaraq vəziyyəti izah etdi. Məni bibimlə evə yola saldı".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmar 14 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4312   Tarix: 14 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi

Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirl

29 sentyabr
.

Vüsalın qətlinə görə cəmi 10 min veribmiş...

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham aktını elan edib. Xəyal Əli-Zadə 2013-c

28 sentyabr
.

Qubada 21 yaşlı oğlan müəmmalı şəkildə öldü

Qubada gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 29-u saat 01 radələrində Birinci Nügədi kəndində baş verib. 2005-ci il təvəllüdlü Cəfərov Səbuhi Azər oğlu yaşadığı evdə naməlum səbəbdən ölüb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyi

29 sentyabr
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

7 oktyabr
.

Naxçıvanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb

Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S.-nin məhkəmə prosesi başa çatıb. -a istinadla xəbər verir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dəhşətli faktlar üzə çıxıb. Məlum olub ki, qadının öldürdüyü körpəni onun öz qızı dünyaya gətirib. 52 yaşlı təqsirləndirilə

23 sentyabr
.

Vüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı

Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye

8 oktyabr
.

Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları - Video

Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. qətlə yetirilən 26 yaşlı E.Rüstəmovun fotolarını təqdim edir:. 11:00. Bərdə rayonunun Mollaəhmədli kəndində 26 yaşlı Elnur Rüstəmovun öldürülməsini təfərrüatı bilinib. Baku TV-y

1 oktyabr
.

10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini

11 noyabr
.

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

Bu gün Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub. -a istinadən xəbər verir ki, insident rayonun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə zamanı Raqif Rəhimov (1996), Ravin Xəlilov (1996) və Sərvan Məsimov (1998) bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Əraziy

13 noyabr