Kartla ödəniş qəbul etməyən taksi sürücüləri barədə VACİB AÇIQLAMA - Bundan sonra…
Xəbər verdiyimiz kimi, ölkədə fəaliyyət göstərən beynəlxalq taksi şirkəti "Bolt" onunla əməkdaşlıq etmək istəyən sürücülər üçün yeni tələb irəli sürüb. Tələbdə bildirilir ki, sürücülərin VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ilə əlaqəli bank kartı olmalıdır. Beləliklə, müştəri tərəfindən kartnan edilən ödənişlərdə şirkətin hesabına ödənilən məbləğ həftədə bir dəfə sürücünün kart hesabına ödəniləcək.
Maraqlıdır, görəsən kartla ödəniş etmək istəyən müştəridən imtina edən taksi sürücüləri bu tələbə necə münasibət göstərəcək? Yeni tələb narazılıqları aradan qaldıracaqmı?
Nəqliyyat eksperti Rövşən Həsənov "Yeni Sabah"a açıqlamasında bu tələbin əsas məğzini şərh edib:
"Buna bənzər metodlar var idi və Azərbaycanda fəalliyyət göstərən bir çox beynəlxalq şirkətlər bu üsuldan istifadə edirdilər. Əfsuslar olsun ki, bir çox taksi sürücülərinin buna olan münasibəti mənfi idi. Həftədə bir dəfə ofisə, banka yaxınlaşaraq həmin vəsaiti nağdlaşdırmaq istəmirdilər. Nəticə etibarilə, sürücü və müştəri arasında mübahisə və narazılıqlar yaranırdı. Ancaq analoji halların istifadəçiyə heç bir aidiyyatı yoxdur. Çünki müştəri ödənişi edir və ayda bir dəfə şirkət tərəfindən sürücüyə bu məbləğ ödənilir".
Ekspert bildirib ki, "Bolt"un sözügedən tələbinə etiraz edənlər gündəlik çalışan və daim buna narazılıq edən şəxslər olacaq:
"Yeni tələb sürücülər üçün müsbət xarakter daşımasa da, bu o demək deyil ki, bu anormaldır. Beləliklə, taksi şirkəti dövlətin büdcəsinə ödəniləcək vergidən yayına bilməyəcək və büdcədəki vergilərin artmasına gətirib çıxaracaq. Eyni zamanda müştərilərin nağdsız olaraq ödəniş etməsi də optimallaşacaq. Belə qaydada fəaliyyət göstərməkdən imtina edən taksi sürücüləri müştəri ilə mübahisə etməməlidir. Çünki həmin hal heç də normal deyil. Adam kartdan istifadə edir və ödənişi də bu cür həyata keçirir. Düşünürəm ki, get-gedə bu yöndə olan mübahisələr səngiyəcək və sürücülər də həmin vəziyyətə alışacaqlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1116 Tarix: 15 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabr