Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Bakıda mənzillər UCUZLAŞACAQ - Vaxt AÇIQLANDI

Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Bakıda mənzillər UCUZLAŞACAQ - Vaxt AÇIQLANDI"Böyük Qayıdışa dair Dövlət Proqramının icra olunması Bakının və Sumqayıtın mənzil bazarına təsir edəcək, burada qiymətlərin stabilləşməsinə kömək edəcək".

Sonxeber.az Sfera.az-a istinadən xəbər verir ki, bunu Böyük Qayıdışa dair I Dövlət Proqramının mənzil bazarına təsirlərini şərh edən zaman daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib.

Saytımıza açıqlama verən ekspert qeyd etdi ki, birinci dövlət proqramının icrası 2026-cı ilin sonuna qədər davam edəcək və bu müddətdə 140 min məcburi köçkün öz yurd-yuvalarına qayıdacaq. E.Fərzəliyev bildirdi ki, indiyə qədər bir neçə min məcburi köçkün yurd-yuvalarına qayıdıb. Ekspert qarşıdakı dövrdə qayıdacaq insanların sayının daha da artacağını vurğuladı.

Onun fikrincə, qayıdış prosesinin güclənməsi mənzil bazarında satışa çıxarılan ucuz evlərin sayının artmasına səbəb olacaq ki, bu da qiymətlərə təsir edəcək: "Məcburi köçkünlər üçün tikilən mənzillər ilk dəfə 2021-ci ildə satışa çıxarılıb. Həmin mənzillər bazar qiymətlərindən aşağı qiymətə satışa çıxarıldı. Daha sonra mərhələli şəkildə bu tip ucuz evlərin satışa çıxarılması həyata keçirilib və bu proses davam edir. Satışda ucuz evlərin sayının artması aztəminatlı ailələlərin ev almaq arzularını gerçəkləşdirdi. Çünki həmin evlər həm aşağı qiymətə təklif edilir, həm də uzunmüddətli ipoteka kreditləri ilə satışı həyata keçirilir. Bakıətrafı, eyni zamanda digər şəhərlərdə olan mənzillər də məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqca aşağı qiymətə satışa çıxarılacaq".

E.Fərzəliyev düşünür ki, Xankəndiyə və digər yaşayış məntəqələrinə qayıdan insanların sayı artdıqca Bakının mənzil bazarında tələb sabitləşəcək:

"Qarabağ Universitetinin açılması tələbələrin bir hissəsini bu əraziyə yönəldəcək və bu, qismən də olsa, Bakının kirayə və mənzil bazarında stabillik yaranmasına kömək edəcək. Bundan başqa, məcburi köçkünlərin öz yurdlarına qayıtması həmin ərazilərdə turizm sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Bu proses də Bakıya insan axınını mərhələli şəkildə azaldacaq. Paytaxta insan axını azaldıqca burada daşınmaz əmlaka tələb əvvəlki qədər güclü olmayacaq. Bu isə qiymətlərin stabilləşməsinə gətirib çıxara bilər".

Ekspert onu da bildirdi ki, Bakının mənzil bazarında qiymət artımı artıq dayanıb, bazarda stabillik yaranıb. Onun fikrincə, belə vəziyyət Qarabağ və Şərqi Zəngəzura qayıdışla əlaqədar daha uzun müddət davam edə bilər: "Bakıda mənzil bazarında yüksək qiymət artımları 2023-cü ilin oktyabrına qədər davam edib. Sonrakı aylarda qiymət artımı baş vermədi. Yalnız 2024-cü ilin fevral və mart aylarında ipoteka kreditlərinin artması ilə əlaqədar tələb gücləndi və bu, qiymətlərə müəyyən qədər artırıcı təsir göstərdi. Amma hazırda daşınmaz əmlak bazarında çox ciddi sakitçilik hökm sürür, əvvəlki kimi güclü alıcı qüvvəsi yoxdur.
Bazarda alıcı olmayanda qiymətlər artmır. Qiymət yalnız alıcı kütləsi çox olanda, rəqabət güclənəndə baş verir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1246   Tarix: 16 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr