Qardaşlığı, dostluğu, fədakarlığı, xeyirxahlığı ehtiva edən bayram

Qardaşlığı, dostluğu, fədakarlığı, xeyirxahlığı ehtiva edən bayramİyunun 16-17-də İslam aləminin ən müqəddəs bayramlarından biri olan Qurban bayramı qeyd edilir. Bu bayram hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır, bir neçə gün davam edir. Qurban bayramı qardaşlığı, dostluğu, fədakarlığı, xeyirxahlığı ehtiva edir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

İlahi əmr

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Elvüsal Məmmədov "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, qurban hər şeydən əvvəl ilahi əmr, Allaha itaətin təcəssümüdür. Onun sözlərinə görə, bu bayram insanları mərhəmətə, şükür etməyə, yardımlaşmağa dəvət edir: "Biz qurban kəsməklə İbrahim peyğəmbərin oğlu İsmayılla əhvalatını xatırlayır, yad edirik. Bu hadisə ilə həmin gün müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Təsadüfi deyil ki, Qurban bayramı ərəb dilində fədakarlıq mənasını ifadə edir".

"Qurban bayramı həm də şükür bayramıdır"

İlahiyyatçı deyir ki, Qurban bayramı həm də şükür bayramıdır: "Qurban kəsməklə bəndə həm də Allaha ona verdiyi hədsiz nemətlərə görə şükür edir. Biz bu bayramı qeyd etməklə, müsəlman olduğumuzu, "Qurani-Kərim"də Allahın buyurduqlarını qəbul etdiyimizi təsdiqləyirik. Təsdiqlə yanaşı, qurban özündə sevgini ifadə edir. Çünki insan Allahı sevmədikdə onun buyurduqlarına da əməl etmir. Əlbəttə ki, Qurban bayramı və qurban ibadətinin mənəvi tərəfləri ilə yanaşı, sosial-ictimai tərəfləri də var. Biz bu bayramda qurban kəsir, ətini kasıblara, ehtiyacı olanlarla paylamaqla qardaşlıq borcumuzu yerinə yetirir, insanlar arasında həmrəyliyin, yardımlaşmanın möhkəmlənməsinə öz töhfəmizi veririk".

Bayramın vacib əməllərindən biri bayram namazının qılınmasıdır. Mütəxəssis deyir ki, bayram namazı iki rükətdir və günəşin çıxmasından sonra qılınır: "O, digər namazlardan hər rükətdə təkbirlərin çəkilməsi ilə fərqlənir, başqa heç bir fərqi yoxdur".

Bu insanlar qurban kəsməkdən azaddırlar

"Bütün müsəlmanlar qurban kəsməlidirlərmi?" sualına gəldikdə, ilahiyyatçı bildirir ki, hansı müsəlmanın imkanı çatırsa, qurban kəsməsi bəyəniləndir: "Qurban kəsmək ilk növbədə müsəlman olmağın göstəricisidir. Amma bütün müsəlmanlara vacib deyil. Əgər insan borc içində deyilsə, gündəlik tələbatını ödəməklə yanaşı, kənarda əlavə pul toplamaq imkanı varsa, qurban kəsmək onun gündəlik, aylıq yaşayışına təsir göstərmirsə, kəsə bilər. Maddi ehtiyaclarını ödəyə bilməyən insanlar qurban kəsməkdən azaddırlar".

"Heyvanın ayağı axsaq, gözü kor olmamalıdır"

Bayramda müzakirəyə səbəb olan hallardan biri də qurbanlıq heyvanın düzgün seçilməsidir. Maraqlıdır, bu seçim necə aparılmalıdır?

Həmsöhbətimiz bildirir ki, qoç, inək, dəvə, keçi qurban kəsilə bilər. Bu vaxt biz çalışmalıyıq ki, qurbanlıq heyvan gözəgəlimli olsun, heç bir fiziki qüsuru olmasın, ətli, canlı olsun: "Çünki biz qurbanı Allah adına kəsirik. Allah adına kəsilən heyvan da buna layiq olmalıdır. Biz qurban seçərkən çalışmalıyıq ki, xüsusən qoç və keçilər bir yaşına qədər olsun. Əgər bir yaşına çatmayıbsa, amma bir yaşlı heyvan kimi görünürsə, kəsə bilərik. Qoç və keçini ancaq bir nəfər kəsə bilər. İnək və dəvəni isə yeddi nəfərin şərikli kəsməsi mümkündür. Qurban kəsiləcək heyvanların ayağı axsaq, qulağının hansısa əzası əskik, gözü kor olmamalıdır".

Bu halda qurban qəbul olunmur

Mütəxəssis deyir ki, bəzi insanlar qurbanın növünü ayıra bilmir: "Niyyət və İsmayıl qurbanı fərqlidir. Bayramda kəsiləcək qurban məhz İsmayıl qurbanıdır. Biz bu qurbanı kəsərkən məhz Allah üçün niyyət etməliyik, Onun yolunda kəsməliyik. Əks halda qurbanımız qəbul olunmaz".

Digər məhsullarda bahalaşma gözlənilmir

Bəs Qurban bayramında bazarda bahalaşma gözlənilirmi? Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, ölkəmiz sərbəst bazar iqtisadiyyatı sistemində yaşayır. Bazar özü-özünü tənzimləyir: "Qiymətlərin dəyişməsi bazar iştirakçılarının sayından, təklif etdikləri qiymətlərdən, habelə həmin məhsula olan tələbatdan asılıdır. Təbii ki, təkcə Qurban bayramında deyil, digər bayramlarda da elə məhsullar olur ki, onlara tələbat daha da artır. Məsələn, bu bayramda tələbatın daha çox olduğu ərzaq ət və ət məhsullarıdır. Tələbata uyğun qiymət formalaşır və ət məhsulları bahalaşır. Təəssüfləndirici məqam odur ki, hər il bayram ərəfəsində artan qiymətlər psixoloji baryerlər səbəbindən bayramdan sonra da azalmır, ucuzlaşma baş vermir".

İqtisadçı deyir ki, bu il digər məhsullarda bahalaşma gözlənilmir: "Bu bayramda digər məhsullara xüsusi tələbatın olacağı gözlənilmir. Buna görə də qiymət artımını proqnozlaşdırmırıq".

"Qurban payından məhrum olan vətəndaş qalmasın"

V.Oruc sonda vurğulayır ki, bayram ərəfəsində qurumlar tərəfindən keçirilən yarmarkaların bazara müsbət təsirləri olur: "Azərbaycan sosial dövlətdir. Bu səbəbdən hər il bayram ərəfəsində yarmarkalar keçirilir, marketlərə ətlər ucuz qiymətə təklif olunur. Dövlət ya müxtəlif üsullarla sahibkarları stimullaşdırır, ya özü iştirakçı kimi daha ucuz məhsullar təklif edir. Bu, vəziyyəti stabilləşdirir. Bu addımlar olmasa, qiymət ciddi şəkildə artar və əhalinin böyük bir hissəsi bayram günlərində qurban əti əldə edə bilməz. Təbii ki, bu məsələ həm də inanca bağlıdır və əhalinin mütləq əksəriyyəti bundan kənarda qalmaq istəmir. Mən bütün imkanlı şəxsləri və xeyriyyəçiləri bu günlərdə aktiv olmağa çağırıram ki, qurban payından məhrum olan vətəndaş qalmasın".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 616   Tarix: 16 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021