Türkiyə "Crocus City Hall"dan sonra Moskvada ikinci terror aktının qarşısını almağa kömək edib
Türkiyə xüsusi xidmət orqanları rusiyalı həmkarlarına xəbərdarlıq edərək, "Crocus City Hall" ticarət mərkəzinə hücumdan sonra Moskvada ikinci terror aktının qarşısını almağa kömək ediblər.
Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, Bu barədə Türkiyənin hökumətyönlü "Hürriyet" qəzetinin köşə yazarı Hande Fırat yazıb.
"Konsert salonuna ilk hücumdan sonra terror qruplaşması ikinci hücumu planlaşdırıb. Onlar insanların dolu olduğu ticarət mərkəzinə hücum etməyi düşünürmüşlər. Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə saxlayaraq, bu ikinci böyük hücumun qarşısını alıb", - deyə yazıda bildirilib.
Nəşrin məlumatına görə, terror aktı İŞİD terror təşkilatı ilə əlaqəli olan "Vilayət Xorasan" qruplaşmasının silahlıları tərəfindən hazırlanıb.
"Hürriyet" qeyd edir ki, Türkiyə xüsusi xidmət orqanları yanvarın sonunda İstanbulda Müqəddəs Məryəm katolik kilsəsinə hücumda əli olan "Vilayət Xorasan" təşkilatının yerli bölməsinin fəaliyyətini uzun müddət izləyiblər. Kəşfiyyat xidmətləri bir neçə şəxsin izinə düşüb, onları dindirib, bundan sonra Rusiya tərəfi ilə əlaqə yaradılıb.
Nəşr xatırladır ki, ticarət mərkəzinə hücum edənlərdən ikisi terror aktından bir qədər əvvəl Türkiyəyə səfər edib və bu barədə də Rusiya hüquq-mühafizə orqanlarına məlumat verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1239 Tarix: 18 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabr