COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi? - AÇIQLAMA

COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi? - AÇIQLAMA"Artıq Paşinyan da yaxşı anlayır ki, Ermənistanın xilası sülh müqaviləsinin imzalanmasından keçir".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən sonra regionda vəziyyət bizim xeyrimizə dəyişdi:

"Azərbaycan hər zaman sülhün tərəfində olub və çalşmışıq ki, qonşu dövlətlərlə dostluq münasibətləri quraq. Amma bunu Ermənistana aid etmək olmaz. Bu gün Ermənistan havadarlarının sifarişini yerinə yetirərək müxtəlif təxribatlarla regionda vəziyyəti gərginləşdirməyə çalışır. Təəssüf ki, yenə də Ermənistan cəbhədə atəşkəsi pozaraq sülh müqaviləsinin imzalanmasını gecikdirməyə çalışır. Lakin Nikol Paşinyan və onun havadarları anlamalıdır ki, Ermənistan sülh müqaviləsini imzalamğa məcburdur. Çünki sülh müqaviləsindən imtina Ermənistanın bir ölkə kimi yer üzündən silinməsinə səbəb ola bilər".

Deputat vurğulayıb ki, sülh müqaviləsinin imzalanacağı gün heç də uzaqda deyil:

"Qazaxın dörd kəndinin danışıqlar yolu ilə qaytarılması sülh müqaviləsinin tezliklə imzalanacağını ehtimalını daha da artırdı. Həm də Ermənistan kənar müdaxilə olmadan daha doğru qərar verə bilir. Paşinyan və onun ətrafındakılar artıq anlayır ki, Azərbaycan və Türkiyə ilə düşmənçiliyə son verməkdən, münasibətləri normallaşdırmaqdan başqa çarələri qalmayıb. Regionda sülhün bərqərar olunması üçün Ermənistan işğal etdiyi bütün ərazilərimizi geri qaytarmalı, iki ölkə arasında sərhədlər müəyyənləşməli və Zəngəzur dəhlizi açılmalıdır. Ən önəmlisi isə Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından tamamilə əl çəkməlidir. Bütün bunlardan sonra sülh müqaviləsi imzalana bilər. Son proseslər göstərir ki, ilin sonuna və ya COP29-a qədər sülh müqaviləsi imzalana bilər. Bununla bağlı hər iki tərəfdən müsbət mesajlar da verilib. Böyük ehtimalla COP29-a qədər ən azından çərçivə sazişinin imzalanması mümkün olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1043   Tarix: 20 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr