Azərbaycan Braziliya Ciu-Citsu klubu ictimai birliyinin konfransı keçirilib-FOTOLAR
Bugün Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə konfrans keçirilib. Konfransın məqsədi Braziliya Ciu-Citsu idman növü üzrə klub və filialların məşqçilərini bir araya gətirərək gələcək fəaliyyət planları, növbəti yarışların təşkili və təfərrüatların müzakirəsi olub. Konfransa Braziliya Ciu-Citsu idman növü üzrə bütün aidiyyatı şəxslər dəvət olunaraq ictimai birliyin nəzdindəki fəaliyyətləri çərçivəsində təklifləri və ideyaları dinlənilib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi Beynəlxalq İdman Braziliya Ciu-citsu Assosiasiyasının Azərbaycanda yeganə və rəsmi nümayəndəsidir.
Konfransı çıxış sözü ilə açan Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi Taleh Həsənov birliyin qurulmasının bu idman növünün inkişafına böyük töfhələr verəcəyini bildirmiş, birliyin yaradılma məqsədi və gələcəyə dair planlar barədə məlumat vermişdir.
Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov öz çıxışında bu mötəbər gün münasibətilə bütün Braziliya Ciu-Citsu cameəsini təbrik etmiş, bugünə qədər pərakəndə şəkildə fəaliyyət göstərən klub və filialların birliyindən məmnunluğunu bildirmişdir.
Konfrans zamanı yeni idarə heyəti üzvlərinin təyinatı elan edilib. Beləki tanınmış Ciu-Citsu ustası Azər Beydullayev İctimai Birliyin sədr müavini, qara kəmər sahibi Nurəddin Daşdəmirov hakimlər kollegiyasının sədri, Əkbər Hacıyev No-gi versiyası üzrə baş məşqçi vəzifəsinə təyin edilib. Həmçinin ciu-citsu idman növü üzrə xüsusi xidmətləri olanlara ustad Taleh Həsənov tərəfindən diplomlar və təşəkkürnamələr təqdim olunmuşdur.
Daha sonra İctimai Birliyin sədr müavinləri Anar Səfərov və Azər Beydullayev, həmçinin hakimlər kollegiyasının sədri Nurəddin Hacıyev, baş məşqçi Əkbər Hacıyev də çıxışlarında gələcək perspektivlərdən danışaraq birliyin yaranmasının daha böyük uğurlara zəmin yaradacağını vurğulamışlar.








Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 972 Tarix: 20 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Danimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib
Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/
15 oktyabrGüləşçimizdən DÇ-də gümüş medal
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. "Qafqazinfo" xəbər verir ki, o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşç
14 oktyabrBakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyasının mətbuat xidməti məlumat yayıb. Heydər Əliyev adına İdman-Konsert Kompleksində oktyabrın 31-dən noyabrın 2-dək baş tutacaq üçgünlük yarışın keçirilməsində məqsəd ölkənin ən güclü idmançıların
19 oktyabrHidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi
Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların
12 oktyabrİngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər
14 oktyabrCanni İnfantino Bakıda - Video
FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə
24 oktyabrAFFA 6 komandaya texniki məğlubiyyət verib
AFFA-nın U-13, U-11 və U-10 liqalarında baş tutmayan və yarımçıq dayandırılan oyunlara görə 6 komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. U-13 Liqasında oktyabrın 10-na planlaşdırılan "Gəncə" - "Offside"
16 oktyabr