Bu şəxslərin uşaqlarına verilən müavinətin məbləği 250 manata QALDIRILA BİLƏR - AÇIQLAMA

Bu şəxslərin uşaqlarına verilən müavinətin məbləği 250 manata QALDIRILA BİLƏR - AÇIQLAMA"Sosial müavinətlər haqqında" qanuna son dövrlər edilən dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının uşaqlarına müavinətin verilməsidir. Həmin qanunun 4-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq müavinətin verilməsi həyata keçirilir. Hazırda aylıq müavinətin məbləği 120 manatdır. Bu müavinət hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olduğu müddətdə ödənilir.

Sözügedən müavinət növü həmin hərbçilərin ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində verilir. Bəs müavinətin məbləği 120 manatdan 250 manata qaldırıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Mətanət Məmmədova deyib ki, Müddətli həqiqi hərbi xidmət keçən hərbçilərin uşaqlarına verilən 120 manat məbləğin 250 manata çatdırılması daha yaxşı olardı:

"Bu daim çətin iş şəraitində olan hərbçilərimizin sosial rifahının artmasına səbəb olardı. Bütün sahələrdə deyirik ki, verilən müavinətlərin məbləği artırılsın. Uşaqpulunun verilməsi, bu cür müavinətlər və digər sosial ödənişlərin artırılması vətəndaş rifahının təmin olunması deməkdir. Lakin bir məsələni nəzərimizdən qaçırmamalıyıq. Biz müharibədən yenicə çıxmış bir ölkəyik. Bu gün işğaldan azad olunmuş ərazilərdə quruculuq və abadlıq işləri həyata keçirilir. Hansı ki, o torpaqlarda hər kəsin bildiyi kimi daş üstə daş qalmayıb. Bizim 30 ildən məcburi köçkün düşmüş soydaşlarımız var. Onlar ata-baba yurdlarından hələ də uzaqda yaşayırlar. Onların yerləşdirilməsi və yaşaması üçün həmin ərazilərə xeyli məbləğdə vəsait ayrılır. Bütün bunlara görə, hələlik bu cür müavinətlərin artırılmasından danışmamalıyıq".

Sosioloqun sözlərinə görə, həmin ərazilərdə abadlaşma aparılmalıdır ki, illərdir gözləri yollarda qalan soydaşlarımız orada yaşaya bilsinlər:

"Statistikaya baxsaq her il pensiya, sosial ödəniş və əməkhaqlarında artım tempi müşahidə olunub. Bu cür müavinətlərin artırılması qarşıdakı illərdə artırılması gözləniləndir. Yalnız hər şey zamana bağlıdır. Hərbçilərin uşaqlarına verilən müavinətlərin, pensiya və əməkhaqlarının artırılması zamanla həyata keçiriləcəkdir. Hərbçilər bizim təhlükəsizliyimizin təminatçılarıdır. Onlar üçün sosial rifah halları artırılarsa, bu bütün ölkənin təhlükəsizliyi deməkdir. Ucqar ərazilərdə xidmət edən, ailəsindən aylarla uzaqda qalan hərbçi üçün bu müavinətin artırılması vacibdir. Eyni zamanda onların rifahının yaxşılaşdırılması övladlarının gələcəyi deməkdir. Ümidvaram ki, yaxın gələcəkdə bütün bunlar mərhələli şəkildə həyata keçiriləcəkdir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1080   Tarix: 20 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr