"Bu gün Fransa Ermənistana silah satmaqla regionda müharibəni yenidən alovlandırmağa çalışır" - DEPUTAT
"Fransa Ermənistana silah satmaqla Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməyə və sülh prosesinə maneə olmağa çalışır".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, bu gün Fransanın ilkin hədəfi Rusiyanı Ermənistandan sıxışdırmaqdır:
"Fransa 30 ildən çoxdur ki, Azərbaycana qarşı fitnəkarlıq mövqeyindədir. Bu fitnəkarlıq 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən sonra daha da artdı. Bu gün Fransa Ermənistana silah satmaqla regionda müharibəni yenidən alovlandırmağa çalışır. Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə Fransa və digər dövlətlərdən silah almaqla yeni təxribatlara hazırlaşır. Son günlər Naxçıvan istiqamətində törədilən təxribatlatlar bunu bir daha sübut edir. Fransa 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinə dəstək verib. Fransa sülhə xidmət etməyən qərəzli siyasətinə görə bütün regional proseslərdən kənarda qalıb. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın hərbi təcavüz törətmək üçün Ermənistanı yenidən silahlandırması təxribat xarakteri daşıyır. Fransanın bu destruktiv fəaliyyəti regionda bərqərar olan sülh prosesinə ciddi zərbədir".
Deputat vurğulayıb ki, bu gün regionda yeni münaqişə baş verərsə buna görə məsuliyyət Ermənistanla yanaşı Fransanın da üzərinə düşür:
"Fransanın 44 günlük Vətən müharibəsinə qədər və sonrakı dövrdə bölgədə həyata keçirmək istədiyi çirkin planlar suya düşüb. Bundan sonra da elə olacaq.
Cənab przident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində nəinki Fransa, bütün anti-Azərbaycan qüvvələr növbəti acı məğlubiyyətlərini yaşamalı olacaqlar. Fransanın eləcə də Ermənistanın digər havadarlarının bizim bölgə ilə bağlı çirkin niyyətləri heç bir zaman baş tumayacaq. Əksinəhər dəfə acı məğlubiyyəti dadmalı olacaqlar. Paşinyan anlamalıdır ki, erməni xalqının tək qurtuluşu sülh müqaviləsinin imzalanmasıdır. Paşinyan kimlərinsə əlində alət olduqca xalqı hələ çox faciələr yaşamalı olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?