Xəstəxanalarda gigiyenik normalara əməl olunur? "Mütəmadi reydlər keçirilməli və tədbirlər görülməlidir" -Açıqlama
"Lənkəran Müalicə və Diaqnostika Mərkəzində acınacaqlı vəziyyət hökm sürür. Xəstəxananın birinci mərtəbəsində su kranları sınıb, su yoxdur, ayaqyolu bərbad vəziyyətdədir". Bunu Bakupost.az-a Cəlilabad rayon sakini Lalə Qasımova (ad-soyad şərtidir - red.) deyib. O, iyunun 8-də doğuş üçün xəstəxanaya yerləşdirildiyini və iyunun 17-nə kimi mərkəzdə dəhşətli mənzərənin şahidi olduğunu bildirib: "Yerləşdirildiyim palatada anti-sanitar vəziyyət hökm sürürdü. Məni palataya qəbul edəndə yataq dəstlərini belə dəyişmədilər. Məcbur qalıb çirkli, məndən əvvəlki pasiyentin yatdığı yatağa gödəkcəmi sərib uzandım. Pəncərələrin qarşısında qarışqalar gəzirdi. Hətta qarışqalar körpəmə də daraşırdılar. Bununla bağlı etdiyim müraciətlərə isə məhəl qoyan yox idi".
Şikayətçi mərkəzdə hamam işləmədiyi üçün xəstələr yayın istisində əziyyət çəkdiklərini bildirib. Bəs xəstəxanada sanitar gigiyenik normalarına əməl edilirmi
Məsələ ilə bağlı tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla Sonxeber.az-a açıqlama verib:
A. Qeybulla bildirib ki, lazimi orqanların xəstəxanalarda mütəmadi reydlər keçirməli və tədbirlər görməlidir:
"Sovet dövründən xəstəxanaların quruluşu və onların fəaliyyətləri ilə bağlı sanitar gigiyenik normalar mövcuddur. Xəstə ilə təmas edən, birdəfəlik istifadə üçün olan matreallar mütəmadi olaraq dəyişdirilməlidir. Çoxsaylı istifadə üçün nəzərdə tutulmuş yataq dəstləri, boş qablar isə xüsusi üsullar ilə strilizə edilməlidir. Bular gigiyenik formaladır. Xəstəxananın statusundan asılı olmayaraq istər dövlət, istərsə də özəl olsun bütün xəstəxanalar bu qaydalara əməl olunmalıdır. Çox təəssüflər olsun ki, bu kimi hallarla qarşılaşırıq. Gigiyenik normaları gözləməyən xəstəxanlar var. Hepatit və SPİD törədən virus geniş yayıldığına və bu virusların asanlıqla keçmə təhlükəsi olduğuna görə, mümkün qədər matreallar birdəfəlik istifadə üçün nəzərdə tutulur. Birdəfəlik olmayan alətlər isə xüsusi üssullarla strilizə olunur. Bu kimi gigiyeniya qaydaları gözlənilmədikdə xəstələrin həyatı üçün təhlükə yaradır. Ona görədə sanitar gigiyenik tələblərə əməl etmək lazımdır. Bunlar xəstəxanalar üçün son dərəcədə vacib haldır. Lazimi orqanlar mütəmadi reydlər keçirilməli və tədbirlər görülməlidir".
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bu günə olan qızıl və gümüş qiymətləri
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?