Ordumuza qarşı xain plan: Ermənistana göndərilən bu silahlarla… – ŞOK DETALLAR

Ordumuza qarşı xain plan: Ermənistana göndərilən bu silahlarla… – ŞOK DETALLARSülh danışıqları ərəfəsində Ermənistanın yenidən silahlanma prosesini artırdığını bu dəfə daha müasir texnika hesab edilən "Sezar" artilleriyaları aldığının şahidi oluruq. Bu da öz növbəsində bir çox sualların yaranmasına səbəb olur.

Azərbaycan Fransanın İrəvanı ölümcül silahlarla təchiz etməsinə yalnız bəyanatla cavab verəcək? Müdafiə Nazirliyinin bəyanatındakı açıq mesajlar növbəti hərbi toqquşmalardan xəbər verir? Ermənistan bu silahları alıb, anbarlara yığacaq, yoxsa Azərbaycana qarşı istifadə edəcək? Qafqazın qarışdırılması planı yalnız Parisə məxsusdur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd xatırladıb ki, 44 günlük Vətən müharibəsinin nəticəsində Ermənistan ordusunun təxminən 30-40 faizi tamamilə sıradan çıxmışdı:

"Buraya şəxsi heyət, artilleriya vasitələri, hava hücumundan müdafiə sistemləri və hərbi texnikalar daxildir. Rəsmi İrəvan bundan sonra Moskvanı ona kömək etməməkdə günahlandırırdı. Müharibədən sonra Ermənistan ilk Hindistanla silah alqı-satqısı üzrə müqavilələr bağladı. Ardınca isə sözügedən məsələ ilə bağlı Fransanın üzərinə getdi.

Rəsmi Parisin Ermənistanı silahlandırmasına Azərbaycan reaksiya verdi. Bunun ardınca İrəvan və Paris ictimaiyyətə açıqlama yaydı ki, həmin silahlar yalnız müdafiə xarakterlidir. Ümumiyyətlə, müdafiə silahlarının ardınca Ermənistana hücum silahlarının verilməsi də istisna deyil. İrəvan müharibənin nəticələrinə uyğun olaraq, dəqiq araşdırmalar nəticəsində silahlar alır. Məsələn, Hindistandan anti-dron sistemləri, haubitsalar, Fransadan 250 km radiusa malik radar sistemləri (GM-200) aldı. Bu həm də ən müasir radarlardan sayılır. Həmin silahlanmanı indi "Sezar" özüyeriyən artilleriya qurğuları ilə gücləndirirlər".

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan müdafiə nazirliyi buna çox sərt reaksiya versə də bəzi şəxslər məsələyə fərqli yanaşma göstərərək Azərbaycanın sərt yanaşmasının səbəbini başa düşmədilər:

""Sezar" qurğuları nəslinin ən mükəmməli sayılır. 42 km, 155 mm-lik mərmilərdən istifadə edilir. Dəqiqədə 4-6 mərmi ata bilir. Ermənistanın alacağı texnikalar iki divizion deməkdir. Deməli, təxminən 30 km arxada bu haubitsiaları yerləşdirərək Azərbaycan Ordusuna zərbələr endirə bilər. Ordumuzun həmin silahları anında vurması asan məsələ deyil. Dolayısı ilə Ermənistanın indi belə sialhlandırılması bu günə qədər sülhdən danışan Paşinyanın əməldə buna əhəmiyyət verməməsini göstərir.

Ermənistan Rusiya, İran və Türkiyəyə qarşı bu tip silahlandırılmır. Bu, birbaşa Azərbaycan üçündür. Ölkəmizdə bir çox ekspertlər az qala Nikol Paşinyanı sülh göyərçininə çevirirdilər. Daha çox müxalifəti revanşist adlandırırdılar. Bu hücum silahlarını alan isə müxalifət deyil, Nikol Paşinyandır. Baş nazir vaxtı uzatmağa, sülh sazişini ləngitməyə çalışır. Məsələdə Rusiya və Fransanın çəkişməsi var. Tərəflərə bu gün Ermənistanın taleyi, istəkləri maraqlı deyil. Onlara Cənubi Qafqaza yerləşmək əhəmiyyətlidir. Bu mübarizə davam edəcək. Ermənistanın bu texnikaları alması ondan xəbər verir ki, silahların mərmilərinə, texniki baxışına və digər məsələlərinə görə də uzun illər Fransa ilə əməkdaşlıq ediləcək".

Səxavət Məmməd qeyd edir ki, Fransa regionu qarışdırmaq istəyir:

"Ukrayna müharibəsində Rusiya istəyinə nail ola bilməsə, regionda siyasi və hərbi baxımdan çox ciddi problemlər yaranacaq. Azərbaycan indiki məqamda bəyanatlarla çıxış etməklə kifayətlənir. Lakin əlində alternativin olması da istisna deyil. Haubitsiyalar Ermənistana güman ki, Gürcüstan və ya İran sərhədindən keçəcək. Yerindəcə bunu məhv etmək lazımdır. Sözlü bəyanat Ermənistanı dayandırmayacaq. Müdafiə Nazirliyi ağır bəyanatlarla çıxış etsə də heç bir nəticəsi olmayacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1495   Tarix: 21 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr