Günəşdən qoruyan kremlər dəri xərçənginə səbəb olur? - Dermatoloqdan AÇIQLAMA
Yay fəslinin aktual mövzularından biri də günəş şüalarından yararlanmaqla yanaşı, onun yaratdığı fəsadlardan qorunmaqdır. Çünki son zamanlar dəri xərçənginin (melanoma) çox yayılması ilə bağlı məlumatlara rast gəlinir. Bəziləri bunu dəriyə mənfi təsir edən günəş şüalarında, bəziləri isə dərini qorumaq üçün istifadə edilən kremlərdə görürlər.
Bildiyimiz kimi, dərini yüksəkdozalı ultrabənövşəyi şüalardan qorumaq üçün SPF (Sun Protection Factor) kremlər mövcuddur. Onların çeşidləri çoxdur.
Kremləri seçərkən nəyə diqqət edilməlidir? Bu kremlərin dəriyə müsbət tərəfi ilə yanaşı, mənfi təsiri də varmı?
Bu barədə Bizim.Media-ya danışan dermatoloq Sevinc Kərimova deyib ki, həddən artıq günəş şüalarına məruz qaldıqda dəridə ciddi fəsadlar yaranır:
"Yay fəslində günəş daha da aktivləşir, havaların isti keçməsi ilə bağlı insanlar açıq geyimlərdən istifadə edirlər. Bu da dərini birbaşa aktiv günəş şüalarının təsirinə məruz qoyur. Ona görə də günəşdən qorunmaq vacibdir. Çünki günəş şüalarında infraqırmızı və ultrabənövşəyi şüalar var. Hansı ki, bunlar dəridə müəyyən ləkələr yarada bilir. Aktiv günəş altında bir neçə saat olduqda günəş şüasından dəridə hətta suluqlara qədər inkişaf edən yanıqlar olur.
Mütəmadi açıq günəş altında olduqda dəri xərçənginin yaranmasını müşahidə edirik. Son illər dəri xərçəngi ilə bağlı müraciətlər həddən artıq çoxdur. Tövsiyə edirəm ki, evdən çıxdıqda mütləq şəkildə dərinizin açıq sahələrinə, üz, sinə, boyun nahiyəsinə mütləq şəkildə günəşdən qoruyucu kremlər istifadə edəsiniz. Bu kremlər dərini müəyyən qədər günəşin mənfi təsirlərindən qoruyur".
O bildirib ki, qoruyucu krem çəkilsə də, günəşin altında çox vaxt keçirmək olmaz:
"Günəş kremi çəkib, gedib saatlarla günəş altında uzanmaq olmaz. Günəş şüalarını müəyyən saatlarda, səhər saat 11-dək və günorta saat 4-dən sonra qəbul etmək lazımdır. İlk dəfə yarım saat, sonra bu zamanı az-az artırmaq olar. O zamana qədər ki dəri özünə piqment yığsın, bir balaca rəngi tündləşsin ki, aktiv günəşdə dəri yanmasın".
Həkim SPF tərkibli kremlərin dəridə xəstəlik yaratdığının sübut olunmadığını vurğulayıb:
"Qoruyucu kremlərin dəridə bir sıra xəstəliklər yaratdığı barədə neqativ fikirlər var. Əgər SPF kremlər normal istehsalçı tərəfindən istehsal olunubsa, onlarda heç bir problem yoxdur. Bunun dəri xərçəngi və dəridə digər fəsadlar yaratması ilə bağlı məlumatlar elmi təsdiqini tapmayıb. Ola bilər ki, hər hansı kustar üsulla hazırlanan kremlər günəşdən qoruyucu adı ilə satılır, amma ideal, normal hazırlanmış kremlərin dəri xərçəngi yaratmaq riski yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabrİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabrValideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabrRusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA
Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyy
7 oktyabrGecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30 oktyabrCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
25 oktyabr