Ölümcül bakteriyalarla bağlı XƏBƏRDARLIQ: insanı 48 saatda öldürür
Yaponiyada səlahiyyətlilər "ət yeyən" bakteriyaların səbəb olduğu və potensial ölümcül hesab edilən streptokok zəhərli şok sindromu (STSS) hallarının sayının indiyə qədər ən yüksək səviyyəyə çatdığını bildiriblər.
Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, insanların ehtiyat tədbirləri görmələri üçün xəbərdarlıq edilib.
Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NIID) verdiyi açıqlamada bu ilin iyun ayının əvvəlinə qədər ölkədə STSS hadisələrinin sayının 977-yə çatdığı bildirilib. Qeyd edilib ki, 2023-cü ilin eyni dövründə 941 hadisə qeydə alınıb. Bu da onu göstərir ki, qeydlərin aparılmağa başlandığı 1999-cu ildən bu günə qədər yoluxma hallarının sayı rekord səviyyəyə çatıb.
Xəstəlik "streptococcus pyogenes" bakteriyası tərəfindən törədilir və tez-tez boğaz ağrısı ilə müşayiət olunur. Daha sonra əzaların nekrozu və çoxlu orqan çatışmazlığına səbəb ola bilər.
Tokio Qadın Tibb Universitetindən Yoluxucu Xəstəliklər üzrə mütəxəssis, Prof. Dr. Kikuçi Ken bildirib ki, ayaq yaraları streptokok bakterial infeksiyasına xüsusilə həssasdır. Kiçik yaraların bakteriyalar üçün mümkün giriş nöqtələri olduğunu izah edən Kikuçi, yaşlı xəstələrdə infeksiyadan ölümə qədər olan müddətin 48 saat ola biləcəyinə diqqət çəkib.
Yüksək hərarətin və yaraların sürətlə şişməsinin təhlükəli əlamətlər olduğunu ifadə edən Kikuçi, belə bir vəziyyətdə dərhal həkimə müraciət edilməli olduğunu vurğulayıb.
"Xəstə səhər saatlarında ayağında şişlik hiss edə, günorta saatlarında bu dizinə qədər yayıla və 48 saat ərzində ölə bilər", - deyə professor vurğulayıb.
Alimlər ən kiçik yaraların belə dezinfeksiya edilməsini və əl yuma vərdişinin artırılmasını tövsiyə edirlər.
Qeyd edək ki, əsasən 30 yaşdan yuxarı insanlarda rast gəlinən ət yeyən bakteriyaların yaratdığı STSS "potensial ölümcül" olaraq xarakterizə edilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabrİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabrValideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabrRusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA
Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyy
7 oktyabrGecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30 oktyabrCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
25 oktyabr