Bahalaşma davam edir: Azərbaycanda ƏDV limiti ARTIRILIR?

Bahalaşma davam edir: Azərbaycanda ƏDV limiti ARTIRILIR?Azərbaycanda bahalaşma daha çox özünü ərzaq və tütün məhsullarında özünü göstərir. Bahalaşma davam etdikcə, sahibkarlar (ƏDV) ödənilməməsi üçün nəzərdə tutulmuş 200 min manatlıq illik limiti keçə bilirlər. Ekspertlər tərəfindən sözügedən limitin artırılması ilə əlaqədar fikirlər səsləndirilsə də, hər hansı bir nəticə əldə olunmur. Belə olan təqdirdə Azərbaycanda ƏDV limitinin artırılmasına ehtiyac varmı yaxud belə bir artımın baş verməsi realdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovun fikrincə, 200 min manatlıq ƏDV limiti mütləq şəkildə artırılmalıdır:

"Bu limiti çoxdan artırmaq lazımdır. Neçə ildir ki, ƏDV limiti 200 min manat dəyərində qalıb. Ən azı 10 ildən çoxdur ki, qiymət artımı baş verib. Bu limitin artırılmaması sahibkarlığa ciddi şəkildə ziyan vurur. Çünki kiçik və orta sahibkarların işi xeyli ağırlaşır. Vergi orqanları ilə olan görüşümüzdə bununla bağlı fikirlərimizi bildirdik. Belə bir fikir səsləndirildi ki, bununla əlaqədar düşünəcəklər. Amma nəticə etibarilə konkret bir söz deyilmədi".

İqtisadçı ekspert Xalid Kərimli deyib ki, Vergilər Məcəlləsində son aparılan dəyişikliklər sadələşmiş verginin istiqamətini dəyişməyə yönəlib:

"Dövriyyədən asılı olmayaraq bir sıra fəaliyyətlər var ki, onlar ƏDV ödəyicisi var olmalıdır. Digər tərəfdən bir sıra sahələrdə dövriyyə məsələsi yoxdur. Məsələn: nəqliyyat və yükdaşımaları bu kateqoriyaya daxildir. Sadələşmiş verginin istiqaməti dövriyyədən çox fəaliyyətə yönəlib. Çəkməçi, foto xidmət göstərənlərə yaxud fərdi baytarlıq xidməti göstərənlər dövriyyə həcmindən asılı olmayaraq sadələşmiş vergi ödəyicisi ola bilərlər. Hökumət daha çox fərqli istiqamətə yönəlib. Yəni kiçik sayda və həcmdə sadələşmiş vergi ödəyicisi kiçik dövriyyəsi olan şəxslərə yönəlmiş olsun. Bu baxımdan güman etmirəm ki, 200 min manat limit qaldırılsın".

Ekspertin sözlərinə görə, hökumət daha çox fəaliyyətlər əsasında sadələşmiş vergi verməyə maraqlıdır:

"Bu verginin konsepsiyasında bir neçə il əvvəl dəyişiklik aparılıb. Digər bir məqam daha var. İctimai-iaşə xidmətləri sadələşmiş vergi ödəyicisi ola bilər. Onlarda sadələşmiş vergi ödəyicisi 8 faizdir. Məbləğ məhdudiyyəti burada yoxdur. Bu baxımdan düşünmürəm ki, hökumət 200 min manat limiti artırmağa maraqlı olacaq. Müxtəlif təkliflər irəli sürülür. 200 min manat limit artırılsa belə hər hansı bir vəziyyət dəyişməyəcək. Çünki çox az sayda şəxs var ki, məbləğ və dövriyyə baxımından sadələşmiş vergi ödəyicisinin istifadəsindədir. Məbləğ artırılacağı təqdirdə effektiv olmayacaq və işlərimiz rahatlaşmayacaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1353   Tarix: 24 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr