Cənubi Qafqazda və türk dünyasında yerimizi qorumaq üçün ordumuzu GÜCLƏNDİRMƏLİYİK
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 106 il ötür. Ölkəmizdə müdafiə və milli təhlükəsizlik xərcləri üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 6,4 milyard manatdan artıq vəsait nəzərdə tutulub. Hökumət bu istiqamətdə beynəlxalq təcrübələri öyrənir, orduda aparılan islahatlar üzrə modernləşmə işləri aparır, təhsilə, kadr hazırlığına diqqət yetirir. 44 günlük müharibə dönəmində və uğurla keçirilən antiterror əməliyyatları zamanı ordumuz döyüş qabiliyyəti ilə bir daha öz gücünü sübut etdi.
Artıq ilkin sülh müqaviləsinin imzalanması ilə bağlı xəbərlər eşidirik və bu istiqamətdə ekspertlərin rəyləri müsbətdir. Delimitasiya və demarkasiya prosesləri davam etdirilir və iki ölkə arasında danışıqlar aparılır. Lakin buna baxmayaraq, Ermənistan tərəfindən atəşkəsin poozulması, təxribatların törədilməsi istiqamətində addımlar atılır. Belə olan təqdirdə ordumuzun təkmilləşdirilməsi ilə bağlı hansı işlər aparılmalıdır?
Mövzunu Sonxeber.az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, 30 ilə yaxın müddətdə torpaqlarımızın işğaldan azad olunmasında misilsiz xidmətləri olan Silahlı Qüvvələrimiz sabah özünün 106-cı tarixi ildönümünü qeyd edəcək:
"Ordumuz dövlətimiz və xalqımızın başını uca edib. Hal-hazırda sülh müqaviləsinin imzalanması ilə bağlı müəyyən xəbərlər eşidirik. Əlbəttə ki, sülh müqaviləsi imzalanmasa da Ermənistana havadarlıq edənlər hər şeyi gözəl bilirlər. Azərbaycanın güclü ordusu var. Ona görə də ölkənin siyasi-hərbi rəhbərliyi ordunun gücləndirilməsi istiqamətində bir çox işlər görür. Azərbaycan Müdafiə Nazirliyi və Baş Qərargah rəisi ordunun gücləndirilməsi ilə bağlı müvafiq addımlar atır. İkitərəfli münasibətlər və lazımi silah-sursatın əldə olunması ilə bağlı müəyyən müzakirələr aparılır".
Ekspertin sözlərinə görə, görülən bütün işlər ordunun güclənməsi və döyüş qabiliyyətinin daha da artmasına xidmət edir:
"Ümid edirəm ki, Azərbaycan Silahlı Qüvvələri daha üstün mövqelərdə olacaq. Dünyanın aparıcı dövlətləri və hərbi mütəxəssislər Azərbaycan ordusunun gücü ilə bağlı bilgiləri dünya ictimaiyyətinin diqqətinə çatdıracaqdır. Eyni zamanda ordunun strukturları mütləq şəkildə təkmilləşdirilməlidir. Ordunun tərkibində hərbi təhsil və tibb kimi istiqamətlərin gücləndirilməsinə ehtiyac var. Ordumuzun təkmilləşdirilməsi ilə bağlı planda çox işlər var. Onlar tez bir zamanda öz həllini tapacaqdır. Cənubi Qafqazda və türk dünyasında yerimizi qorumaq üçün ordumuzun döyüş qabiliyyətini gücləndirməliyik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1012 Tarix: 25 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrRamiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabr