"106 yaşını qeyd edən Müzəffər Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır" - DEPUTAT
"Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan Müzəffər Azərbaycan Ordusunun yaranmasından 106 il keçir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
"Yarandığı gündən ordumuzun qarşısına qoyulan başlıca vəzifələr ərazi bütövlüyümüzün təmin edilməsi və torpaqlarımızı yadelli düşmənlərdən qorumaqdır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etdi və Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı.
Ulu öndər Heydər Əliyev xalqın istəyi hakimiyyətə yenidən qayıtdıqdan sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1993-cü ilin sonlarından etibarən Silahlı Qüvvələrdə struktur və kadr dəyişiklikləri həyata keçirildi, vahid komandanlığa tabeçilik bərpa edildi və ən önəmlisi isə ordu siyasətdən uzaqlaşdırıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandı. Bundan sonra Azərbaycan Milli Ordusu, demək olar ki, yenidən quruldu".
Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyev dövlət başçısı seçildiyi ilk gündən ordu quruculuğu sahəsinə böyük diqqət ayırdı:
"Məhz 17 il ərzində cənab prezident İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində ölkəmizin hərbi potensialı daha da gücləndirildi və ən müasir silahlarla təchiz olunmuş ordu formalaşdı.Otuz ildə həyata keçirilmiş hərbi islahatlar 44 günlük Vətən müharibəsində özünü doğrultdu. 44 günlük Zəfər savaşında və bir günlük antiterror əməliyyatında bütün dünya ordumuzun gücünü gördü və Azərbaycan əsgərinin şücaətinin şahidi oldu. Şuşa döyüşləri dünya hərb tarixinə qızıl həriflərlə yazıldı. Bu gün 106 yaşını qeyd edən Müzəffər Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Əminəm ki, bundan sonra da Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfərlərə imza atacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1163 Tarix: 25 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrRamiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabr