Cəmiyyətin əsas "bəla"sı: Xanımlar özlərini aldadır yoxsa BAŞQALARINI? - AÇIQLAMA

Cəmiyyətin əsas "bəla"sı: Xanımlar özlərini aldadır yoxsa BAŞQALARINI? - AÇIQLAMABu gün çox istifadə edilən "Snapchat", "Instagram" kimi sosial media tətbiqlərində görüntülərimizi dəyişdirən filterlər var. Sözügedən tətbiqlərdə olan filterlər sayəsində insanlar tanınmış insanlar kimi görünə bilir. Bir çox ekspertlər bildirir ki, sosial şəbəkələrdə ən çox filter istifadə edənlər və asılı olan xanımlardır. İlk yarandığı zaman ciddi təhlükə yaratmayan bu filterlər indi yeniyetmə və azyaşlı uşaqlara təsir etməyə başlayıb. Vaxtilə insanlar tərəfindən əyləncə kimi istifadə olunan filterlər ekspertlər tərəfindən tənqid olunur. Bu cür filterlər və foto proqramları cəmiyyətə müəyyən gözəllik qavrayışını aşılayır. Məsələn, hamar dəri, kiçik sümüksüz burun, dolğun dodaqlar, incə bədən və s. Başqa sözlə desək, normal olanı yox, real olmayan bir görüntünü vəd edir.

Bu cür şəkilər çəkməklə xanımlar özlərini aldadır deyə bilərik? Bəs kütləvi şəkildə filterlə çəkilən şəkillər və paylaşımlar psixlogiyamızda hansı problemləri yaradır? Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Sonxeber.az-a öz fikirlərini bildirib. Onun sözlərinə görə, İnsanlar, xüsusilə xanımlar filterdən çox istifadə edirlər:

" Filterdən çox istifadə edən zaman xanımlar şəkillərini paylaşmağa başlayır. Bu şəkilləri paylaşan zaman onlar özlərini o cür görürlər. Ən sonda filtersiz şəkil çəkən zaman xanımlar özlərini çirkin görməöyə başlayırlar və bu zaman komplekslər yaranır. Komplekslər yarandıqdan sonra plastik əməliyyatların sayı günbəgün artır. Bu sahədə artıq həkimlərin sayı çoxalır. Artıq plastik əməliyyatlarında ölüm halları müşahidə olunur. Bütün bunların hamısı insanların kompleksə düşməsi və əməliyyatlara getməsi ilə nəticələnir. Həmin effektlər və filterləri yaradan insanlar bundan müəyyən məbləğdə pul qazanırlar. Amma insanlar bunu anlamır".

Psixoloq bildirib ki, davamlı şəkildə filterlə fotolar çəkmək hətta insanların münasibətlərinin pozulmasına gətirib çıxarır:

"Son dönəmlər bir sıra hallar ilə rastlaşırıq. Oğlanlar tez-tez sosial şəbəkələrdə paylaşım edirlər. Deyirlər ki, xanımla görüşdük və şəkildəki görüntüsündən əsər-əlamət yoxdur. Yanıma gələn bəzi bəylər var ki, onlarda xanımların həddən artıq filter istifadə etdiyini bildirirlər. Bəylər həmin görüntülərə öyrəşirlər. Amma xəyallarında yaratdıqları obrazı onlar reallıqda görə bilmir. Bu bir sıra problemlər yaradır. Mənim xanımlara məsləhətim odur ki, filtersiz şəkil çəksinlər və paylaşsınlar. Yalnızca üz deyil, özlərini hər formada çəksinlər. Bunu etsinlər ki, sonradan bu qüsurları xanımlar özlərində görməsinlər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1688   Tarix: 28 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr