Rahat yol istəyirik, amma NARAZIYIQ: Təmir işləri hansı saatlarda aparılmalıdır? - AÇIQLAMA
Bu gün paytaxt küçələrində genişmiqyaslı abalaşdırma və təmir işləri aparılır. Cavanşir körpüsü tamamilə sökülüb və bir prospekt 5 günlük bağlanıb. İş vaxtında yolların bağlanması vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Artıq sürücülər və sərnişinlər arasında qarşıdurmalar yaranır. Alternativ yollar verilsə də yenə də vətəndaş narazıdır. İşə gedən zaman yolların bağlanması nə dərəcədə düzgündür? Problemin və narazılıqların qarşısını almaq məqsədilə hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, yollarda təmir işləri aparılmalıdır və bunun başqa bir izahı yoxdur:
"Bunun gecə yaxud gündüz aparılması nəyisə dəyişmir. Gecə təmir işləri aparılanda vətəndaşlar narazılıq edəcək ki, səs-küy yaranır və yatmaq mümkün deyil. Gündüz təmir işləri aparanda deyir ki, səhər-səhər işə gecikdim. Bəs bu təmir işləri nə vaxt aparılmalıdır? Hamımız rahat və komfortlu yol istəyirik. Dövlət qurumu hansı saatda aparmalıdır ki, vətəndaş bundan məmnun qalsın. Hər bir halda, bu tümir işi aparılmalıdır. Dünyanın heç bir ölkəsində belə bir praktika yoxdur ki, vətəndaşları başqa bir yerə köçürsünlər, sonra yol təmir olunduqdan sonra onları geri qaytarsınlar".
Ekspertin sözlərinə görə, dünya təcrübəsində fərqli yanaşmalar var. İş saatını pozduğuna görə bəzən vətəndaşa kompensasiya ödəyirlər:
"Digər tərəfdən səyahət paketi verirlər ki, sizi narahat etmişik. Bələdiyyə sistemi olan ölkələrdə belə kreativ yanaşmalar var. Amma Azərbaycanda idarəetmə sistemi fərqlidir. Burada dövlət tərəfindən tapşırıq qoyulub və aidiyyəti qurumlar isə bunu icra etməlidir. Hamımız rahat yol istəyirik və təmir vaxtı narazılıq edirik. Mümkün qədər qısamüddətli icra planları həyata keçirilir. Bunu hamımız görürük. Bir yolu maksimum 3-5 günə bitirirlər. Əlavə ciddi problemlər yaranmır. Mümkün şəkildə, operativ və konkret olaraq məsələləri həll edirlər. Məktəb mövsümünü bitməsini gözlədilər və təmirə başladılar. Əsas problem dərs vaxtı yaranırdı. Beləliklə, proseslər həyata keçirilir. Hazırda o qədər nəqliyyat sıxlığı yoxdur. Şəhərin bir çox küçələrində və prospektlərində biz bunu görürük. Tədris vaxtı olmayanda avtomobillərin 30-40 faizi azalır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 964 Tarix: 28 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabr