Şəhid Qasım Abdullahzadənin anası: "Yuxumda tabutda gördüm, həmin anda vurulubmuş"
Baku TV Vətən müharibəsi şəhidi Qasım Abdullazadə haqqında reportaj hazırlayıb.
Qasım Abdullazadə 14 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Şəhidin anası Mehbarə Abdullayeva oğlu ilə bağlı xatirələrindən danışarkən qeyd edib ki, Qasıma xüsusi bağlılığı olub:
"Həmişə deyirdilər ki, sən uşaqların arasında ayrı-seçkilik salırsan. O mənə daha yaxın idi. Bəzən işdən gec gələndə görürdüm ki, o biri övladlarım yatıb, amma Qasım mənim üçün süfrə hazırlayıb. Oturub ana-bala söhbət edirdik. O mənim yaşamağım üçün stimul idi".
Ana oğlunun şəhid olacağını əvvəlcədən hiss edib, onu yuxuda tabutda gördüyünü söyləyib:
"Oktyabrın 13-də səhərə yaxın yuxudan ayıldım, azan oxunduğunu eşitdim. Dua etdim, Qasımın paltarını geyinib uzandım. Yarım saat yatdım, yuxuda onu tabutda gördüm. Daha sonra işə getdim. İş yoldaşlarıma yuxum barədə danışanda məni qucaqlayıb dedilər ki, onun ömrünü uzatmısan. Sən demə, Qasım artıq vurulubmuş".
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1266 Tarix: 28 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq?
Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21 isti, gündüz 26-3
12 sentyabr2 gün leysan yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında sentyabrın 12-13-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı
12 sentyabr"Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
"Toyota Bakı Mərkəzi"nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. Məlum olub ki, Vüsal 2014-cü ildən həmin şirkətdə çalışı
12 sentyabrBorcu ödəməmək üçün "pulum yoxdur" deyənləri bu cəza gözləyir - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzu borcu ödəməmək üçün saxta şəkildə müflisləşən şəxslərlə bağlıdır. Saxta müflisləşmənin cəzası nədir?. xəbər verir ki, Cinayət Məcəlləsinin 212-ci maddəsinə əsasən, kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibka
13 sentyabr