Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük "əmlak amnistiyası" gözlənilir

Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük "əmlak amnistiyası" gözlənilirAzərbaycanda böyük "əmlak amnistiyası" gözlənilir. Ekspertlərin fikrincə, bu addımla tikinti sahəsində çoxillik problemlərə son qoyula bilər. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bununla bağlı yeni elektron portal hazırlanır. Portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək. İnsan sağlamlığına və insan fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək.

Hesablamalara əsasən, hazırda sənədsiz tikililərin böyük əksəriyyəti Bakı və Bakıətrafı ərazilərdə yerləşir. Bu tikililərin sayının təqribən 450-500 min arasında olduğu bildirilir. Vətəndaşların belə tikililərə çıxarış ala bilməməsinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərdir. Xüsusilə fərdi yaşayış evləri çox zaman kənd təsərrüfatı, sənaye əhəmiyyətli, habelə müxtəlif dövlət mülkiyyətindəki torpaq sahələrində, mühafizə zolaqlarında, aktiv vulkanik ərazilərdə yerləşir. Maraqlıdır, görəsən, "əmlak amnistiyası"na düşməyən tikililərin taleyi hansı formada həll ediləcək? Bu tikililərin sayı nə qədərdir? Ümumiyyətlə, amnistiya daşınmaz əmlak bazarına necə təsir göstərəcək?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

Vətəndaşlar narazı qalmayacaqlar

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, təxminən 30 minə yaxın tikilinin "əmlak amnistiyası"nda yer almayacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, bu cür evlərə çıxarışların verilməsi mümkünsüzdür: "Ümumiyyətlə, bu addımla tikinti sahəsində çoxillik problemlərə son qoyula bilər. Amma qadağan olunmuş ərazilərdə tikilən evlərə amnistiyanın tətbiq olunması faktiki mümkün deyil. Çünki mövcud qanunvericilikdə açıq şəkildə qeyd olunub ki, magistral xətlərin mühafizə zolağı, meşə-təsərrüfat torpaqları, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi yerlər, eləcə də aktiv mədən və vulkanik ərazilərdə ev tikmək qadağandır. Təbii ki, amnistiya ilə bağlı məsələ müzakirə olunarkən bu nüanslar da nəzərə alınıb. Düşünürəm ki, proqram icra olunarkən həmin evlərə amnistiyanın verilməsi məsələsindən daha çox, onların sökülməsi məsələsi aktual olacaq. Lakin bu o demək deyil ki, hökumət dərhal 30 minə yaxın ailəni bir gecədə çölə tökəcək".

Ekspert deyib ki, ölkə rəhbərliyi bu istiqamətdə qərarlar qəbul edərkən sosialyönümlü hökumət platformasının yaradılmasını əsas götürür. Burada da əsas məsələlərdən biri vətəndaş məmnunluğudur: "Bu mənada düşünmürəm ki, Azərbaycan hökuməti təxminən bir milyon evi sənədləşdirərkən 3-5 faizlik kütləni nəzərə almasın. Çox güman ki, bu məsələ ya vətəndaşa kompensasiya ödənilməsi, ya da başqa ərazilərə köçürülməsi yolu ilə öz həllini tapacaq".

Bələdiyyələrə torpaq sahələrinin xəritəsi verilməyib

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, uzun illər tikinti sahəsində mövcud olan pərakəndəlik qanunsuz tikililər problemini daha da dərinləşdirib. Onun sözlərinə görə, zamanında bu sahə ilə bağlı bir çox qurum sərəncam vermək hüququna malik idi: "Məsələn, 2000-ci ildən bələdiyyələrə torpaq satmaq hüququ verilmişdi. Həmin dövrdən başlayaraq 2007-ci ilə qədər bələdiyyələr vətəndaşlara torpaq satırdı. Amma bələdiyyələrə satmaq üçün torpaq sahələri ayrılsa da, onların xəritəsi verilməmişdi. Bu torpaqlar hansısa bir dövlət təşkilatının və ya qurumun balansında idi. Əslində bələdiyyələr həmin torpaqları satarkən kadastr planı, yerləşdiyi koordinatları göstərməli idilər. Bu koordinatları isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təmin etməli idi. Zamanında proses düzgün aparılsaydı, sənədsiz tikililər problemi bu qədər dərinləşməzdi".

Ekspert vurğulayıb ki, vaxtilə müxtəlif qurumların sərəncamları əsasında vətəndaşlara ayrılan torpaq sahələri artıq böyük yaşayış massivlərinə çevrilib. Amma bəzi qurumlar qadağan olunmuş ərazilərdə də torpaq satışları həyata keçiriblər: "Təbii ki, amnistiya nəzərdə tutulsa belə, həmin əmlaklara çıxarış verilməyəcək".

Bazarda ipoteka predmeti olan ucuz əmlakların sayı artacaq

E.Fərzəliyevin fikrincə, "əmlak amnistiyası" daşınmaz əmlak bazarında canlanmaya səbəb olacaq: "Məlumdur ki, Bakının mərkəzində və mərkəzə yaxın ərazilərdə əmlakların satış qiymətlərində ciddi artımlar var. Fərdi həyət evlərinin qiyməti bina evləri ilə müqayisədə daha ucuzdur. Ancaq indi vəziyyət əvvəlki kimi deyil. Əvvəllər bazarda nağd alıcıların sayı kifayət qədər idi. İndi isə vətəndaşların çoxu, xüsusilə gənc ailələr kreditlə mənzil almağa üstünlük verirlər. Statistikaya görə, son illər əmlakların böyük əksəriyyəti, təqribən 60 faizindən yuxarı hissəsi ipoteka və digər kreditli şərtlərlə satılıb. İpoteka və Zəmanət Fondunun ayırdığı kreditlərin təqribən 90 faizindən çoxu bina evlərinə şamil olunub, 5-7 faizi isə həyət evlərini əhatə edib. Daşınmaz əmlakın kreditlə satıla bilməsi üçün onun mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənədi olmalıdır. Bələdiyyə torpaqları üzərində tikilmiş evlərin böyük əksəriyyətinin çıxarışı olmadığından vətəndaşların daha ucuz qiymətə geniş yaşayış sahələrini kredit vasitəsilə əldə etmək imkanını məhdudlaşdırır. Məsələn, hazırda Bakı şəhərində metronun istənilən stansiyasına yaxın yeni tikili binalarda birotaqlı təmirli mənzillərin qiyməti təxminən 100-160 min manat arasında dəyişir. Köhnə tikili binalarda isə bu qiymət 70-90 min manat arasındadır. Hərçənd ki, 90-100 min manata gözəl şəraitli, 3-4 otaqlı həyət evi almaq olar. Amma vətəndaşlar belə evləri kreditlə ala bilmirlər. Çünki çıxarış yoxdur. Bu baxımdan, əgər sözügedən amnistiya reallaşsa, bazarda ipoteka predmeti olan ucuz əmlakların sayı artacaq. Bu da öz növbəsində əmlak bazarında ciddi canlanmaya səbəb olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 956   Tarix: 01 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr