4 gün "yox"a çıxan baş katib – "vəfat edib" xəbəri yayılan Brejnev efirdə qədəhlə görünüb...

4 gün "yox"a çıxan baş katib – "vəfat edib" xəbəri yayılan Brejnev efirdə qədəhlə görünüb...1970-ci illərin ortalarından başlayaraq Leonid Brejnevin səhhətindəki ciddi problemlər istər siyasi elitada, istərsə də bütövlükdə ictimaiyyətdə tez-tez müzakirə mövzusuna çevrilib. Hətta baş katib bir neçə gün efirdə görünməyəndə onun qəfil ölümü ilə bağlı söz-söhbətlər də dolaşıb. 1979-cu ildə isə Brejnevin 4 gün "yox"a çıxması qərb mətbuatına da sızıb.

Maraqlıdır, fotoları mərkəzi qəzetlərdən, görüntüləri xəbərlər proqramlarından düşməyən Brejnev 4 gün ərzində harada olub?

BAKU.WS musavat.com-a istinadən bildirir ki, adətən sovet liderlərinin ölkədaxili və xarici ölkələrə səfərləri haqqında ictimaiyyətə geniş məlumat verilib. O cümlədən birincilərin məzuniyyətləri haqqında da ölkə vətəndaşları məlumatlı olublar, onların hansı bölgədə, hansı məkanda istirahət və müalicələri də ictimaiyyətdən gizli saxlanılmayıb. Amma bəzən elə hallar da olub ki, baş katiblər Kreml gərginliyindən çıxmaq üçün bir-iki günlük "gizli" istirahətə yollanıblar. Elə 1979-cu ildə də Brejnev ən yaxın dostlarından biri olan, gələcəkdə varis kimi gördüyü Ukraynanın birinci katibi Vladimir Şerbitskinin şəxsi dəvətini qəbul edərək Kiyevə qeyri-rəsmi səfər edib. Bu "gizli" səfərdə baş katibi nə siyasilər, nə ailə üzvləri, nə xidməti personalı müşayiət edib. Yalnız iki nəfər, Brejnevin köməkçisi və mühafizə rəisi baş katibin yanında olublar.

Brejnev Kiyevdə hava limanından birbaşa Şerbitskinin bağ evinə yollanıb. Bir-iki saat dincəldikdən sonra onlar ova çıxıblar. Ov tədbiri yeddi saatdan artıq davam edib. Axşamdan xeyli keçmiş bağ evinə qayıdan dostlar üçün ziyafət təşkil edilib. Brejnevin səhəri gün Moskvaya qayıdacağı planlaşdırılıb.

Səhəri gün saat 10 radələrində Brejnevin səhhətində ciddi problemlər yaranıb. Şerbitski dərhal yerli həkimləri bağa çağırtdırıb. Bütün səylərə baxmayaraq, baş katibin sağlamlığında stabillik yaratmaq mümkün olmayıb. Brejnev Şerbitskiyə təcili Dmitri Ustinova (SSRİ-nin müdafiə naziri) zəng vurmağı tapşırıb və təkrar-təkrar bildirib ki, yalnız Ustinova, başqa heç kimə.
Şerbitski təcili Ustinova zəng vuraraq vəziyyət haqqında ona məlumat verib. Nazir vəziyyətin nə yerdə olduğunu anlayaraq ilk növbədə Kiyevə həkim briqadasının göndərilməsini vacib sayıb. Həmin ərəfədə isə Kremlin baş həkimi sayılan Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi Yevgeni Çazov Almaniyada elmi konfransda olub.

Çazov sonralar yazdığı xatirələrində həmin günü aşağıdakı kimi xatırlayıb:

"Mən adətən Brejnevi bütün səfərlərdə müşayiət edirdim. Səfərlər haqqında əvvəlcədən mənə məlumat verilirdi. İşlərimi planlaşdırmaq üçün bu məlumatlar mənə vacib idi. Həmin ərəfədə baş katibin səfəri gözlənilmirdi. Mən isə Almaniyada elmi konfransda iştirak etməliydim. Olduqca mötəbər bir tədbir idi və mən əsas məruzəçilərdən biri idim. Konfransın ikinci günü çıxış etməliydim. Çıxışıma 15-20 dəqiqə qalmış konfrans keçirilən binanın inzibatçısı içəri daxil oldu, mənim zaldan çıxmağımı xahiş etdi. Nə baş verdiyini anlamırdım. Zaldan çıxdım, o mənə bildirdi ki, təcili Moskvaya zəng vurmalıyam. Kimə zəng vurmağımı da söylədi. Mən elə həmin binadan Moskvaya, Ustinova zəng vurdum. Heç bir giriş, izahat olmadan marşal həyəcanlı səslə göstərişini verdi:

- Hazırda harada olmağınızdan asılı olmayaraq təcili aeroporta yollanın, bizim təyyarəmiz sizi gözləyir.

Əlavə heç bir sual vermədən portfelimi yığışdırıb binanı tərk etdim. Qapının qarşısında bizi səfirliyimizin xidməti avtomobili gözləyirdi. Səfirin müşaviri qısa şəkildə məsələni mənə anlatdı. Mən xahiş etdim ki, əvvəlcə səfirliyə gedək. Moskvaya təkrar zəng vurmalıydım. Həkim briqadasına hazır olmağı tapşırmalıydım. Əlaqə yaratdım və sonra Ustinova yenidən zəng vurdum. Marşrutu dəqiqləşdirməli idim. Mənə bildirdi ki, birbaşa Kiyevə uçacağam. Belə olan halda həkim briqadasının Kiyevə göndərilməsini ondan xahiş etdin. Marşal bir az əsəbi, bir az da səbirsiz bildirdi ki, təyyarə artıq onlar üçün də hazırdır. Kiyevə çatdım. Moskvadakı həkim briqadası da baş katibin yanında idi. Vəziyyət heç də yüngül deyildi. Brejnev ov zamanı özünü fiziki gərginliyə çox salmışdı, bir az içki məsələsi, bir az da yuxusuzluq onun ürəyini tam zərbə altında qoymuşdu. Belə vəziyyətdə onu tərpətmək olmazdı. Bütün lazımi tədbirləri həyata keçirdik, vəziyyət nisbətən öz qaydasına düşdü. Amma üç gün Kiyevdə qalası olduq. Həmin günlər ərzində Brejnevin bir neçə xarici ölkənin nümayəndə heyətləri ilə görüşləri də var idi. Baş katib bu görüşlərin heç birində iştirak edə bilmədi. Onun yerinə nümayəndə heyəti ilə Suslov və Kirilenko görüşürdü. Bütün bu görüşlər isə axşamlar "Vremya" proqramında göstərilirdi. Artıq Moskvada söz-söhbət dolaşırdı ki, Brejnev vəfat edib..."

Bu söhbətlərə son qoymaq üçün Mərkəzi Komitə təcili tədbirlər həyata keçirib. Belə ki, Brejnev Moskvaya qayıtdıqdan sonra Kremldə baş katibin kosmonavtlarla görüşü təşkil edilib. Rəsmi hissədən sonrakı ziyafətdə baş katib əlində qədəh kosmonavtların şərəfinə tost söyləyib. Bu kadrlar isə televiziyada daha çox işıqlandırılıb. Yəni Brejnev sağdır, gümrahdır, hətta qədəh qaldırmaq gücündədir...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1373   Tarix: 01 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr