Deputatın şirkəti vətəndaşları etiraza sürükləyir - "Kristal Abşeron"dan ev alanlar təşkilatlandılar

Deputatın şirkəti vətəndaşları etiraza sürükləyir - "Kristal Abşeron"dan ev alanlar təşkilatlandılar"Kristal Abşeron"un Abşeron rayonunda inşa etdiyi "Kristal Abşeron -1" şəhərciyində sakinlər etiraz üçün təşkilatlanıblar.

Bu barədə AFN.az-a şəhərciyin sakinləri məlumat veriblər. Bildirilir ki, "Kristal Abşeron" şirkətinin qoyduğu qaydalar artıq insan hüquqlarını tapdamaqdır.

Şəhərciyin sakinləri idarəçilərin onlardan ancaq pul "qoparmaq" haqda düşündüklərini, əvəzində heç bir şərait yaratmadıqlarını deyirlər: "Sanki biz burda ev almamışıq, gəlmişik ki, şirkətə xeyir verək. Ən müxtəlif yollarla bizdən pul "dərirlər". Gah zibil pulunu artırırlar, gah lif pulunu, gah dayanacağın ödənişini artırırlar. Halbuki heç biri üzrə də normal xidmət ala bilmirik. Təsəvvür edin, biz binamızın altında (zirzəmidə) yaradılan parkinqə maşın salmaq üçün başqa binanın altından giriş etməliyik. Həyətdə bir addımlıq boş yer qalmayıb, uşaqların oyun meydançasını belə "qamarlayıblar".
Şikayətçilər bildirirlər ki, səbir kasalarının dolmasına səbəb olan sonuncu damla parkinqin 30 manatdan 50 manata qaldırılması olub. Buna qədər isə bir çox məsələlərlə bağlı verilən qərarlar onları qane etməyib, idarəçilərə müraciətlər ediblər, amma nəticəsiz qalıb. Bu dəfə təşkilatlanmağı qərara alıblar. Artıq 100-dən çox sakinin imzası toplanıb: "İlk öncə "Kristal Abşeron"un icraçı direktoru Məhayət Nəbiyevə müraciət ünvanlayacağıq. Qısa müddət ərzində müraciətimizə baxılmasa, ölkə rəhbərliyinə müraciət ünvanlayacağıq. Sonrakı tədbirlərimiz isə aksiyalar təşkil etmək olacaq. Bunlar da nəticə verməsə, məhkəmələrə üz tutacağıq. Artıq bu istiqamətdə vəkillərlə məsləhətləşmələr aparırıq".

Sakinlər qeyd ediblər ki, özlərinin idarəetmə qurumlarını yaratmaq imkanından da məhrum edilirlər: "Bina təhvil verilmir, çıxarışlarımızı ala bilmirik. Amma bununla bağlı da müzakirələrimiz oldu və artıq bu istiqamətdə də işlərə başlayacağıq. Qanunların verdiyi imkanları tikinti şirkəti əlimizdən alıb, imkan vermirlər ki, öz təşkilatımızı yaradaq, problemlərimizi özümüz həll edək. Həm bizdən bir yandan pul yığırlar, həm problem içində yaşadırlar. Bunlardan ev almaqla özümüzü böyük bir bəlaya salmışıq, insanlara məsləhətimiz budur ki, pulsuz da versələr "Kristal Abşeron"un binalarından ev almasınlar!"
Qeyd edək ki, bir neçə gün əvvəl oxşar şikayətlə "Kristal Abşeron -1"-də yaşayan jurnalist Arifə Əliyeva da çıxış edib. Onunla əlaqə saxlayıb təşkilatlanma ilə bağlı əlavə məlumat aldıq. A.Əliyeva bütün deyilənləri təsdiqləyərək bildirdi ki, onlarla sakinin imzası alınıb və birgə müraciətlər ediləcək: "Mərhələli surətdə bütün instansiyalara müraciətlər edəcəyik. Mətbuatda dəfələrlə yazılıb ki, "Kristal Abşeron" şirkəti deputat Ağalar Vəliyevə məxsusdur. Bu iddia indiyə qədər təkzib olunmayıb. Ona görə də Ağalar Vəliyevə də müraciət etməyi düşünürük. Qarşıdan parlament seçkiləri gəlir, Ağalar müəllim yəqin ki, yenidən namizədliyini verib deputat olmaq istəyir. Amma vətəndaşlara bu cür problemlər yaratmaqla onun yenidən mandat alması çətin baş tuta".
Qeyd edilənlərlə bağlı "Kristal Abşeron"un mövqeyini verməyə hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1362   Tarix: 01 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr