Qadını evindən zorla çıxarıb ağacları qıran İlqar İsbatovun oğlunun şirkətidir?

Qadını evindən zorla çıxarıb ağacları qıran İlqar İsbatovun oğlunun şirkətidir?Xəbər verdiyimiz kimi Bakıda söküntü işlərinin aparıldığı ərazidə öz mənzilini tərk etməkdən imtina etdiyi güman edilən qadın gecə saatlarında naməlum şəxslər tərəfindən evindən zorla çıxarılaraq ekskavatorla hasarı və evi dağıdıraq həyətində olan ağacları qırıblar.

Sonxeber.az xəbər verir ki, xalq.az-a daxil olan məlumata görə hadisə Murtuza Muxtarov 145 küçəsində baş verib. Həmin ünvanda tikinti aparan şirkət isə "FENIKS-AA" MMC -dir.

Aşdırmalarımıza görə "FENIKS-AA" MMC şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin 2019-cü ildən müavini olan İlqar İsbatovun oğlu Aydın Aydınlıya məxsusdur.

Məlumat üçün bildirək ki, "Feniks-AA" MMC 06.11.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 152, m. 56-da yerləşir.

Qeyd edək ki, "Feniks-AA" MMC-yə 2008-ci ilə kimi İlqar İsbatovun özü rəhbərlik edib.

2008-ci ildə İlqar İsbatov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru təyin olunduğu üçün rəsmi sənədlərdə şirkət rəhbərliyini oğluna həvalə edib.

Qeyd edək ki, İlqar İsbatovun oğlu Aydın Aydınlının "Feniks-AA" MMC-i bugünə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olub.

Həmçinin bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 milyon 304 min manatlıq olan 22 müqavilə müsabiqə keçirilmədən müqavilə bağlanaraq öz tabeliyindəki quruma – Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə həvalə edilərək Şuşada Daşaltı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılması işlərini "Feniks-AA" MMC-nin rəhbəri Aydın Aydınlıya verib.

Bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədri Anar Quliyevdir.

Araşdırmalarımızla məlum olub ki, İlqar İsbatovun 30 yaşlı oğlu Aydın Aydınlının adı gündəmə ilk dəfə 2011-ci ildə gəlib.

Həmin il atasına məxsus "Ranger Rover" markalı, 90 FZ 100 nömrəli idarə edən Aydın Aydınlı saat 21:30-da Cavadxan küçəsində 2 yaşlı Tural Qaslmov (ad soyadlı şərtidir) uşağı vurub. Həmin uşaq xəstəxanada vəfat edib. Hadisənin sonrakı gedişatı barədə hər hansı məlumat yoxdur.

Həmçinin qeyd edək ki, bu gün Dövlət Ekoloji Təhlükəsizlik Xidməti hadisə ilə bağlı açıqlama verib.

Məlumatda bildirilir ki, sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib. Lakin "İbrahim-Q" MTK Ə. Hüseynzadə 53 küç. binası tikilir, amma olay M. Muxtarov 145 küç. baş verib.

Araşdırmalarımız görə tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumatda qeyd olunub ki, Murtuza Muxtarov küçəsi, 145 ünvanında "FENIKS-AA" MMC lahiyəsi ilə inşa işləri aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1336   Tarix: 01 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr