Zabratın bitməyən "zibil dərdi": Tullantılar aşıb daşır - Qurumlar HARA BAXIR? - ŞİKAYƏT+VİDEO

Zabratın bitməyən "zibil dərdi": Tullantılar aşıb daşır - Qurumlar HARA BAXIR? - ŞİKAYƏT+VİDEOSabunçu rayonu Zabrat 2 qəsəbəsində yaşayan sakinlər yaşayış yerindəki bərbad vəziyyətdən narazıdırlar.

Bu barədə Zabrat sakini Röyal Alıfzadə Sonxeber.az-a məlumat verib. O bildirib ki, yol kənarında zibil qabları olmadığından tullantılar ətrafa yayılır və qoxudan ərazidən keçmək olmur.

"Biz burada bir neçə vaxtdır yaşayırıq. Sadəcə olaraq bizim evimizin yanı, o cümlədə hər tərəf zibillikdir. Elə olur ki, zibilləri gəlib qapının önünə belə atırlar. Neçə dəfə bildirmişik ki, zibilləri bura tullamasınlar. Ərazidə heç zibil qabları belə yoxdur. Kifayət qədər zibil qabları olsa bu hallar yaşanmaz. Zibillərin olduğu yer yola yaxındır. Zibillər yoldan çox uzaq deyil və Daş bazarının yanındadır. Daş bazarından təqribən 1 km məsafədə bu zibilləri görmək mümkündür. Təmizlik işləri görülsə yollarda düzələr və buna çox vəsait lazım olmaz".

Şikayətçinin sözlərinə görə, bəzi şəxslər zibilləri hara gəldi atırlar və zibilliyə yığılan həşəratlar ətrafı bürüyüb. Eyni zamanda qurumlara müraciət edilsə də, şikayətə baxan olmayıb.

" Zibillər hara gəldi atılır və fikirləşmirlər ki, burada yaşayış var. Bir neçə dəfə məsələ ilə bağlı söz-söhbət yaranıb. Problemə görə aidiyyatı qurumlara bir neçə dəfə zəng vurdum. Zəngə cavab verən olmadı. Bələdiyyə müraciətlərimizə cavab vermir. Qonşularda dəfələrlə danışıblar. Bu barədə heç bir iş görmürlər".

Qeyd edək ki, paytaxt və rayonlarda yaşayan sakinlər hara gəldi atılan tullantılardan, zibilxanaların vaxtında təmizlənməməsindən şikayət edir. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etmyə hazırıq.

Ərazidən görüntüləri təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 968   Tarix: 02 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr